Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Bakı 2015 I Avropa Oyunlarına tibb işçilərinin cəlb olunmasına dair ELAN

2015-ci ilin iyun ayında paytaxt Bakıda I Avropa Oyunları keçiriləçəkdir.

Ənənəvi və innovativ idman növləri ilə tanınan dünyanın 7000-dən çox yüksək dərəcəli idmançısı bu yarışmada iştirak üçün 20 günə yaxın müddət ərzində ölkəmizdə olacaqlar.

İştirakçılara və xarici qonaqlara keyfiyyətli tibbi xidmətlərin göstərilməsini təmin etmək məqsədilə Səhiyyə Nazirliyi könüllüləri əməkdaşlıq üçün dəvət edir.

Könüllü tibb işçisi qismində iştirak etmək istəyən şəxslərdən aşağıdakılar tələb olunur:

-Ali tibbi təhsil (terapevt, fizioterapevt, kardioloq, travmatoloq-ortoped və s. ixtisaslar üzrə)

-25 - 45 yaş arası

-Xarici dilləri bilən şəxslərə üstünlük verilir

 

Maraqlananlar tərcümeyi-hallarını l.kazimova@health.gov.az elektron poçtuna 31.10.2014-cü il tarixinədək göndərməsi xahiş olunur.

2/10/2014

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013