Rezidentlərin nəzərinə! ELAN
Rezidentlər üçün Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında 7 noyabr, 2014-cü il tarixindən başlayaraq bu ilin sonunadək hər cümə günu saat 14.00-da professor Konstantinos Kyriazis tərəfindən Daxili xəstəliklər və Kardiologiya mövzuları üzrə praktiki seminarlar keçiriləcəkdir. İştirak etməkdə maraqlı olan rezidentlər dəvət olunurlar.
Mövzular aşağıdakı kimi olacaqdır:
07.11.2014 Sübutlu təbabət
Arterial hipertenziya
14.11.2014 Kardiomiopatiyalar
Ürək çatışmazlığı
21.11.2014 Ürək aritmiyaları, 1-ci hissə
Ürək aritmiyaları, 2-ci hissə
28.11.2014 Koronar arteriyaların xəstəliyi, 1-ci hissə
Koronar arteriyaların xəstəliyi, 1-ci hissə
05.12.2014 İlk Tibbi Yardım və Təkmilləşdirilmiş Tibbi Yardım ─ nəzəriyyə və praktika
12.12.2014 Endokard xəstəlikləri
Qazanılmış valvulopatiyalar
19.12.2014 Şok, 1-ci hissə
Şok, 2-ci hissə
26.12.2014 Peysmeykerlər
İmplantasiya oluna bilən kardioverter defibrilyatorlar
27/10/2014