Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Mərkəzi Qan Bankının Bərdə bölməsi tərəfindən Tərtər Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilmişdir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Mərkəzi Qan Bankının Bərdə bölməsi tərəfindən 25 yanvar 2011-ci il tarixində Tərtər Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilmişdir.

 

Aksiya zamanı 29 nəfər könüllü olaraq qan vermişdir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan Mərkəzi Qan Bankının Bərdə bölməsi üzrə qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.

 

Aksiyada iştirak edən bütün insanlara dərin təşəkkürümüzü bildiririk!

 

AKSİYALAR DAVAM EDİR!

 

Tibbi yardımın təşkili şöbəsi

 

26/01/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013