Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə naziri Yevlax rayonunda vətəndaşları qəbul etmişdir

Ölkə başçısı İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq bölgələrdə vətəndaşların qəbulu qurum rəhbərləri tərəfindən davam etdirilir. 2014-cü ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev Yevlax rayonunda vətəndaşları qəbul etmişdir. 

 

Şəhərin Mərkəzi Xəstəxanasında gün ərzində aparılan səyyar qəbulda Nazir Yevlax, Mingəçevir, Göranboy, Ağdaş, Göyçay, Zordab, Ucarolan 10 vətəndaşı qəbul etmiş, onların istək və xahişlərini dinləmişdir.

 

Müraciətlər nazir tərəfindən diqqətlə dinlənmiş və bu problemlərin həlli üçün müvafiq tapşırıqlar verilmişdir.

 

Vətəndaşların müraciətlərinin əsas hissəsini sağlamlıq problemləri, kadr məsələləri, həkimlərin xarici ölkələrdə təkmişləşdirilməsi, işlətəminatvə s. məsələlərlə bağlı olmuşdur. Müraciətlərin əksəriyyəti elə yerindəsə özhəllini tapmışdır.

 

Səhiyyə Nazirliyinin səlahiyyətinə aid olmayan müraciətlərisə aidiyyəti orqanlara göndərilməsi üçün qeydiyyata alınaraq nəzarətə götürülmüşdur.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı.

 

 

22/11/2014

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013