Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə “Əli ayağı” məscidində könüllü qanvermə aksiyası keçirilmişdir

Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə 25 yanvar 2011-ci il tarixində “Əli ayağı” məscidində keçirilmiş könüllü qanvermə aksiyasında 71 nəfər könüllü olaraq qan vermişdir.

 

Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.

 

Aksiyada iştirak edən bütün insanlara dərin təşəkkürümüzü bildiririk!

 

AKSİYALAR DAVAM EDİR!

 

Tibbi yardımın təşkili şöbəsi

 

26/01/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013