Qəbələ Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilmişdir
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı, Mərkəzi Qan Bankının və onun Şəki bölməsinin iştirakı ilə 26 yanvar 2011-ci il tarixində Qəbələ Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilmişdir.
Aksiya zamanı 230 nəfər könüllü olaraq qan vermişdir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.
Aksiyada iştirak edən bütün insanlara dərin təşəkkürümüzü bildiririk!