Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Rezidentlərin nəzərinə! ELAN

2015-ci ilin may ayında Ümumi Respublika rezidentlərinin elmi-təcrübi konfransının keçirilməsi nəzərdə tutulmuşdur. Konfransın təşkilat komitəsi Sizi konfransın işində iştirak etməklə yanaşı, topluda elmi araşdırmalarınızın nəticələrini (tezisləri) dərc etməyə dəvət edir.

Tezislər aşağıdakı qaydalara əməl olunmaqla tərtib edilməlidir: Tezis 300 sözdən çox olmayan həcmdə (başlıq istisna olmaqla), 1,5 interval, şrift – Times New Roman 14 (AZ), azərbaycan, ingilis və rus dillərində qəbul edilir.

Tezisdə aşağıdakı bəndlər göstərilən ardıcılıqla verilməlidir:

- Tezisin başlığı

- Tezisin müəllifləri, işin rəhbəri

- Tezis müəlliflərinin çalışdığı müəssisə

- Açar sözlər

- Giriş

- Tədqiqatın məqsədi

- Material və metodlar

- Nəticələr (bu bölmədə ½ səhifədən böyük olmayan cədvəl və ya şəkil verilə bilər)

- Müzakirə

Tezislər konfransın katibliyinə birbaşa təqdim olunmalıdır (çap olunmuş və elektron variantda). Müəlliflərdən telefon nömrələrini təqdim etmələri xahiş olunur.

Tezislər 30 mart 2015-ci il tarixinə qədər, həftənin I-V günləri, saat 15:00-dan 17:00-dək, Bakıxanov küçəsi 23 ünvanında yerləşən Azərbaycan Tibb Universitetinin Rezidentura şöbəsində, 3-cü mərtəbədə qəbul edilir.

Məsul şəxs:

ATU-nun Rezidentura dekan müavini dosent İsmayıl Əfəndiyev

Əlaqə nömrəsi: (050) 214 90 18 İş: (012) 597 44 83

Email: efendiyevi@gmail.com

 

26/01/2015

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->