2010-cu ildə Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 459 təşkil etmişdir. Onlardan 97,4% Azərbaycan vətəndaşı, 2,6% isə əcnəbi vətəndaşdır
19.01.2011-ci il tarixində oftalmologiya və ümumi-cərrahiyə ixtisasları üzrə keçirilən imtahanlarda 37 həkim iştirak etmişdir. İştirakçılardan 4 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstəriblər
Səhiyyə Nazirliyi və Dünya Bankının “Səhiyyə sektorunda islahatlar layihəsi” çərçivəsində ixtisasartırma kurslarına göndəriləcək həkimlər ilə keçirilən görüşün əsas məqsədi onlara bəzi inzibati, təşkilatı məsələləri aydınlaşdırmaq və tövsiyələr vermək idi
Görüşdə məqsəd “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsini müzakirə etmək, ölkəmizdə bu sahədə görülən işlər, əldə olunan nailiyyətlər haqda qonaqlara məlumat vermək idi
Aksiya zamanı 45 nəfər könüllü olaraq qan vermişdir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır
Görüş Azərbaycan Respublikasının İnsan Alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının icrası ilə əlaqədar Səhiyyə Nazirliyi tərəfindən görülən işlərin müzakirəsinə həsr olunmuşdur
Ümumilikdə respublika üzrə 860 aptek təşkilatına baxış keçirilmişdir, bunlardan 324 aptekin xüsusi razılıq (lisenziya) əsasında, 463 aptekin Əczaçılıq və Tibb Sənayesi Birliyinin tabeliyində, 73 aptekin qeyri-qanuni fəaliyyət göstərməsi aşkarlanmışdır
İmtahanın şərtlərinə görə 3 saat ərzində verilmiş 100 sualdan ən azı 60 suala düzgün cavab verən həkimlər növbəti mərhələyə, müsahibəyə buraxılacaqlar
Bu gün Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Leyla Seyidbəyovanın iştirakı ilə 15 saylı uşaq Poliklinikasının açılış mərasimi olub
İki mərtəbəli, bütün tibbi avadanlıq, sarğı və dərman preparatları ilə təmin olunmuş mərkəzin birinci mərtəbəsi əsasən hamiləliyin patologiyası və qəbul bölməsi kimi, 2-ci mərtəbəsi isə fərdi doğuş və laboratoriya otaqları kimi nəzərdə tutulmuşdur