Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Analitik Ekspertiza Mərkəzində Xocalı soyqırımına həsr olunmuş Xoca filminin nümayişi olub

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırımının on illiyi münasibətilə Azərbaycan xalqına müraciətinə qeyd etmişdir: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".

Xocalı sakinlərinin uşaqları stomatoloji müayinələrə cəlb olunacaq

Xocalı soyqırımı ərəfəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı Uşaq Stomatoloji poliklinikasının mütəxəssisləri Xocalı sakinlərinin uşaqlarını, imkansız, habelə valideyn himayəsindən məhrum olmuş uşaq evlərində məskunlaşan bir qrup uşağın müayinə və müalicəsini icra edəcək.

2014/2015-ci tədris ilində rezidenturanı bitirən həkim-mütəxəssislərin diplomları təqdim olunur

2014/2015-ci tədris ilində rezidentura təhsilini bitirmiş həkim-mütəxəssislər rezidentura təhsili diplomlarını əldə etmək üçün 01 fevral 2016-cı il tarixindən etibarən saat 10.00-dan 17.00-dək Azərbaycan Tibb Universitetinin rezidentura şöbəsinə (3-cü mərtəbə) müraciət edə bilərlər.

 

Səhiyyə Nazirliyi Sertifikasiya Komissiyasında sınaq imtahanı keçiriləcəkdir

Səhiyyə Nazirliyi Sertifikasiya Komissiyası yanvar ayında yeni qaydalarla sınaq imtahanı keçiriləcəkdir. Sınaq imtahanında iştirak etmək üçün 433-08-93 nömrəsinə zəng edərək, qeydiyyatdan keçə bilərsiniz.

AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ REZİDENTLƏRİN 2015/2016-Cİ TƏDRİS İLİNDƏ XARİCDƏ ROTASİYASI İLƏ BAĞLI MÜSABİQƏ ELAN EDİR!

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən rezidentlərin hazırlanması üçün klinik baza kimi müəyyən edilən tibb müəssisələrində müxtəlif ixtisaslar üzrə rezidentura təhsili alan rezidentlərin ixtisas üzrə təhsil proqramına uyğun hər hansı rotasiyanı 2015/2016-ci tədris ilində xarici ölkələrin aparıcı tədris klinikalarında keçməsi üçün müsabiqə elan olunur.

Təyinatda iştirak edən həkim-mütəxəssislərin iş yerinə göndərişləri barədə

2014/2015-ci tədris ilində rezidentura təhsilini bitirən və təyinatda iştirak edən həkim-mütəxəssislər iş yerinə göndərişləri aşağıda verilən qrafikə uyğun olaraq 29 dekabr və 30 dekabr 2015-ci il tarixlərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyində Elektron Səhiyyə xidmətindən əldə edə bilərlər.

 

Dövlət tibb müəssisələrində vakant psixoloq vəzifələrinə işə qəbula dair ELAN

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 20.10.2015-ci il tarixli 86 nömrəli əmrinə uyğun olaraq dövlət tibb müəssisələrində vakant psixoloq vəzifələrə işə qəbul həmin müəssisələrdə müvafiq komissiya tərəfindən müsabiqə yolu ilə həyata keçirilir.

Vakant vəzifələr barədə elanlar “Tibb qəzəti”ndə yerləşdirilir.

Təyinatın növbəti gününün tarixi dəyişdirib

Səhiyyə Nazirliyində 18 dekabr 2015-ci il tarixindən başlayaraq keçirilən 2014/2015-ci tədris ilində rezidentura təhsilini bitirən həkim-mütəxəssislərin təyinatının qrafikində dəyişiklik edilmişdir. 21 dekabr 2015-ci il tarixinə planlaşdırılan təyinat 23 dekabr 2015-ci il tarixinə keçirilir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əmrləri ilə “Həkim-rezidentin nümunəvi vəzifə təlimatı” və “Rezidentin kuratoru haqqında əsasnamə” təsdiq edilmişdir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 23 oktyabr 2015-ci il tarixli 88 nömrəli əmri ilə “Həkim-rezidentin nümunəvi vəzifə təlimatı” təsdiq edilmişdir. Vəzifə təlimatında həkim-rezidentin tabeçiliyi, vəzifə öhdəlikləri, hüquqları və məsuliyyəti müəyyən edilir. Vəzifə təlimatına “Rezidentin fərdi iş planı forması” əlavə olunumuşdur.

2014/2015-ci tədris ilində rezidentura təhsilini bitirən həkim-mütəxəssislərin təyinatı

2014/2015-ci tədris ilində rezidentura təhsilini bitirən həkim-mütəxəssislərin təyinatı və iş yerinə göndərilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyində aşağıdakı cədvəldə verilən qrafik üzrə keçiriləcəkdir.

Tibb mütəxəssislərinin nəzərinə!

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 13.07.2015-ci il tarixli 54 və 55 nömrəli əmrləri ilə təsdiq edilmiş Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun və Səhiyyə Nazirliyinin tabeliyində olan tibb kolleclərinin 2015/2016-cı tədris ili üçün ixtisasartırma kurslarının təqvim planları “Əsas bölmələr – Tibb mütəxəssislərinin nəzərinə” səhifəsində yerləşdirilmişdir.

Həkim-mütəxəssislərin təyinatının təxirə salınmasına dair ELAN

2014/2015-ci tədris ilində rezidentura təhsilini bitirən həkim-mütəxəssislərin təyinatı 26, 27, 30 noyabr, 2015-ci il tarixlərində təxirə salınır. Təyinatın yeni tarixləri barədə əlavə məlumat veriləcəkdir.

Rezidentlərin yekun attestasiyası haqqında

Rezidentlərin 2014/2015-ci tədris ili üzrə yekun attestasiyası Azərbaycan Tibb Universitetində (ATU) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 08 oktyabr 2015-ci il tarixli 84 nömrəli əmri ilə təsdiq edilmiş Attestasiya Komissiyası tərəfindən aparılacaqdır.

2015/2016-CI TƏDRİS İLİ ÜÇÜN REZİDENTURAYA QƏBUL OLMUŞ VƏ SƏHİYYƏ NAZİRLİYİNDƏ QEYDİYYATDAN KEÇMİŞ ŞƏXSLƏRİN NƏZƏRİNƏ!

2015/2016-cı tədris ili üçün rezidenturaya qəbul olmuş və Səhiyyə Nazirliyində qeydiyyatdan keçmiş şəxslər 30 sentyabr 2015-ci il tarixinədək aşağıdakı siyahıda göstərilən sənədləri təqdim etmək və əmək müqaviləsi bağlamaq üçün qəbul olduqları klinik bazalara müraciət etməlidirlər.

2015/2016-CI TƏDRİS İLİ ÜÇÜN REZİDENTURAYA QƏBUL OLANLARIN NƏZƏRİNƏ!

2015/2016-cı tədris ili üçün rezidenturaya boş qalan yerlərə qəbul olmuş şəxslərin aşağıdakı siyahıda göstərilən sənədləri 3- 4 avqust 2015-ci il tarixlərində saat 10:00-15:00 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə (Akad. M.Mirqasımov küç. 1A, Elektron Səhiyyə) təqdim edərək, nazirliklə “Rezidenturada həkim-mütəxəssis hazırlığı haqqında” müqaviləni imzaladıqdan sonra qeydiyyatdan keçmələri mütləqdir.

2015/2016-CI TƏDRİS İLİ ÜÇÜN REZİDENTURAYA QƏBUL OLANLARIN NƏZƏRİNƏ!

 2015/2016-cı tədris ili üçün rezidenturaya qəbul olmuş şəxslərin aşağıdakı siyahıda göstərilən sənədləri 22.07.2015-ci il tarixindən 28.07.2015-ci il tarixinədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə (Akad. M.Mirqasımov küç. 1A, Elektron Səhiyyə) təqdim edərək, nazirliklə “Rezidenturada həkim-mütəxəssis hazırlığı haqqında” müqaviləni imzaladıqdan sonra qeydiyyatdan keçmələri mütləqdir.

Tibb mütəxəssislərinin nəzərinə !

 17.07.2015-ci il tarixi Ramazan bayramına təsadüf etdiyi üçün, həmin tarixdə keçirilməsi nəzərdə tutulmuş "Urologiya", "Şüa diaqnostikası", "Patoloji anatomiya, "Oftalmologiya" və "Tibb bacısı" ixtisasları üzrə test imtahanları 22.07.2015-ci il (saat 11:00) tarixinə keçirilmişdir.

Mərkəzləşdirilmiş işə qəbulu! Elan

Həkimlərin mərkəzləşdirilmiş işə qəbulu ilə bağlı 22.05.2015-ci il, 25-27.05.2015-ci il tarixində keçirilmiş müsahibələrin nəticləri açıqlandı.

Mərkəzləşdirilmiş işə qəbulu! Elan

Həkimlərin mərkəzləşdirilmiş işə qəbulu ilə bağlı 18-21.05.2015-ci il tarixində keçirilmiş müsahibələrin nəticləri açıqlandı.

Rezidentlərin nəzərinə! Elan

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu rezidentlər üçün aşağıdakı cədvəldə qeyd olunan mövzularda və tarixlərdə saat 15:00-da mühazirələr təşkil edir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..