Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə sahəsində Azərbaycan – Türkiyə əlaqələri inkişaf edir

Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycanda səfərdə olan, Türkiyənin müxtəlif dövlət qurumlarının təmsilçilərindən ibarət geniş nümayəndə heyətini qəbul edib

 

Beynəlxalq Tütünçəkmədən İmtina Gününə həsr edilmiş dəyirmi masa keçirildi

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) millət vəkilləri, Tütünlə Mübarizə üzrə Milli Koalisiya üzvləri və dəvət olunmuş qonaqların iştirakı ilə Beynəlxalq Tütünçəkmədən İmtina Gününə həsr edilmiş dəyirmi masa keçirildi

Könüllü qanvermə aksiyaları davam edir

Səhiyyə Nazirliyi və Dövlət Neft Şirkətinin birgə təşkilatçılığı ilə Şirvan Müalicə-Diaqnostika Mərkəzində könüllü qanvermə aksiyası keçirilmişdir. Aksiya zamanı 73 nəfər könüllü olaraq qan vermişdir

Səhiyyə Nazirliyi və Dövlət Neft Şirkətinin birgə təşkilatçılığı ilə könüllü qanvermə aksiyası keçirilmişdir

Aksiya zamanı 71 nəfər könüllü olaraq qan vermişdir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır

GEM tərəfindən aparılan yoxlamalar zamanı bir sıra obyektlərdə sanitariya sahəsində nöqsanlar aşkar edilmişdir

22-24 noyabr 2010-cu il tarixlərində Yasamal rayonu H.Cavid 56, Şərifzadə küçəsi 100 üanvanda və Ə.Ələkbərov küçəsi 1054-cü məhəllədə yerləşən «Lider-AS» MMC-yə məxsus marketlərdə sanitariya müayinəsi aparılmış və sanitariya sahəsində bir sıra nöqsanlar aşkar edilmişdir

Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən oktyabr ayında aparılan yoxlamaların nəticəsi

94 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunmuş, 26 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilmiş, 26 nəfər işdən müvəqqəti kənarlaşdırılmışdır

Həkimlərin tibbi bilik və bacarıqlarının artırılması davam etdirilir

Həkimlərin tibbi bilik və bacarıqlarının artırılması məqsədi ilə bu günlərdə Belorus Respublikasının Ana və Uşaq Mərkəzinin üç nəfərdən ibarət tanınmış professor və müəllim heyəti tərəfindən azərbaycanlı müdavimlərə səyyar təkmilləşdirmə kursları keçirilmişdir

 




Səhiyyə mütəxəssislərinin fəaliyyəti sertifikatlaşdırılır

Səhiyyə Nazirliyi praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesini həyata keçirilməsi işinə artıq başlanılmışdı

Səhiyyə naziri O.Şirəliyev Polşa Respublikasının səhiyyə nazirinin müavini A. Froncakın başcılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Qonaqları səmimi salamlayan cənab O. Şirəliyev ölkələrimiz arasında bir çox sahələrdə olduğu kimi səhiyyə sahəsində də sıx əməkdaşlığın mövcudluğundan, bu günə kimi birgə həyata keçirilmiş ikitərəfli layihələrin müvəffəqiyyətindən söz acdı

Səhiyyə naziri Oqtay Şirəliyevin İtaliyaya işgüzar səfəri başlamışdır

Səfər çərçivəsində Oqtay Şirəliyev italiyalı həmkarı Ferruçio Fazio ilə görüşmüşdür. Görüşün sonunda Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İtaliya Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmləri sahəsində Anlaşma memorandumu imzalanmışdır

Qanvermə aksiyaları davam edir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 12-13 noyabr 2010-cu il tarixlərində Saatlı, Sabirabad və Xızı Mərkəzi Rayon Xəstəxanalarında könüllü qanvermə aksiyaları keçirilmişdir

Həkimlərin tibbi bilik və bacarıqlarının artırılması

Rusiyanın 4 nəfərdən ibarət tanınmış müəllim və professor heyəti həkimlərin tibbi bilik və bacarıqlarının artırılması məqsədi ilə azərbaycanlı müdavimlərə səyyar təkmilləşdirmə kursları keçirəcək

Lerik Mərkəzi Rayon Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilmişdir

Aksiya zamanı 170 nəfər könüllü olaraq qan vermişdir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır

Gigiyena və Epidemiologiya Mərkəzinin 2010-cu il üçün 9 aylıq məlumatı

2010-cu ilin 9 ayı ərzində əhali arasında 511 qida zəhərlənməsi hadisəsi baş vermiş, 582 nəfər zərərçəkən, o cümlədən 11 botulizm hadisəsi baş vermiş, 25 nəfər zərərçəkən olmuşdur

Səhiyyə naziri Oqtay Şirəliyev Niderland Krallığının Azərbaycanda səfiri Ayren Piter Uyterlindeni qəbul etmişdi


Görüşdə Niderland Krallığı ilə Səhiyyə və Tibb elmi sahəsində əməkdaşlığa dair müzakirələr, həmçinin Niderlandın məşhur Philips şirkətinin regional ofisinin Azərbaycanda açılmasına dair müzakirələr aparıldı

Azərbaycanda neonatologiyanın müasir problemlərinə həsr olunmuş iki günlük simpozium keçiriləcəkdir

Respublika Perenatal mərkəzdə təşkil olunacaq simpoziumda yerli mütəxəssislərlə yanaşı Amerikanın tanınmış alimi, Kolumbiya Universitetinin professoru, Nyu-York xəstəxanasının Neonotal və perenatal mərkəzinin direktoru cənab Ricard Polin və Gratz Tibb Universitetinin Neonatologiya kafedrasının dosenti Reinhold Kerbl da iştirak edəcək

1 saylı Kliniki Tibbi Mərkəzdə 26 dializ aparatlı 2-ci Dializ şöbəsinin açılışı olub

3 növbəli iş rejimi ilə çalışacaq şöbə gün ərzində təxminən 50 dializ xəstəsinə dövlət hesabına xidmət edəcək

Səhiyyə naziri Oqtay Şirəliyev ÜST-tı Avropa Regional Komitəsinin 60-cı sessiyasında iştirak edib

53 ölkəni özündə birləşdirən Avropa qitəsinin və MDB məkanının dövlətlərinin qatıldığı sessiyada bu ölkələrin Səhiyyə Nazirlərindən başqa bir sıra nüfuzlu beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri də iştirak ediblər

Səhiyyə naziri Oqtay Şirəliyevin İtaliyaya işgüzar səfəri başlamışdır

10 noyabr 2010-cu il tarixində Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin İtaliyaya işgüzar səfəri başlamışdır.

Kür və Araz çaylarında bolsululuğun müşahidə olunması ilə əlaqədar rayonlarda Səhiyyə Nazirliyi tərəfindən tibbi və sanitar qaydalar tam nəzarətdədir

Kür və Araz çaylarında bolsululuğun müşahidə olunması ilə əlaqədar rayonlarda Səhiyyə Nazirliyi tərəfindən tibbi və sanitar qaydalar tam nəzarətdədir Bu günə kimi ərazidə məskunlaşmış 4 minə yaxın insan tibbi müayinədən keçmişdir, 150 nəfər hospitallaşdırılmışdır. Ümumilikdə 79 hamilə qadın qeydiyyata götürülmüşdür ki, onlardan da 14-ü artıq azad olmuşdur. Dünyaya gəlmiş 8 qız və 6 oğlan uşağının, həmçinin anaların vəziyyəti yaxşıdır

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..