Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə könüllü qanvermə aksiyaları keçirilmişdir

Ümumilikdə 999 nəfər qan vermişdir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır

Azərbaycan Respublikasında səhiyyə sahəsində islahatlar davam etməkdədir

Ölkə əhalisinə daha səmərəli və standartlara uyğun qaydada lazımi tibbi yardım göstərmək məqsədilə bir-birinin ardınca açılıb istifadəyə verilən səhiyyə ocaqlarının sayı artmaqda davam edir. Bu gün belə müəssisələrdə bir necəsi açılaraq əhalinin istifadəsinə verilib

Yoluxucu xəstəliklər və psixiatriya ixtisasları üzrə keçirilmiş sertifikasiya test imtahanlarının nəticələri bəlli oldu

16.03.2011-ci il tarixində yoluxucu xəstəliklər və psixiatriya ixtisasları üzrə keçirilmiş imtahanda ümumilikdə 49 həkim iştirak etmişdir. İştirakçılardan 2 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstərmişlər. Ümumilikdə isə imtahanda iştirak edən həkimlərdən 47 nəfər (96%) uğurlu nəticələr əldə etmişdir

Vahid resept blankları

Məlumat üçün bildiririk ki, resept blanklarının tibb müəssisələrinə paylanılması Səhiyyə Naziliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən aparılir

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatı

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə Beynəlxalq Maliyyə Korporasiyası arasında bağlanmış müqaviləyə uyğun olaraq dövlət sanitariya nəzarətinin təkmilləşdirilməsi istiqamətində bir sıra sənədlərin layihələrinin hazırlanmasına başlanmışdır

Səhiyyə naziri O. Şirəliyev Andorra Knyazlığında “Səhiyyə siyasəti üzrə Avropa Forumunun Birinci İclası”nda iştirak edib

Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə keçirilən bu tədbirdə qurumun Avropa Regionuna daxil olan 53 ölkəsinin nazir və digər yüksək rütbəli nümayəndələri də iştirak ediblər. Tədbirdə İsveçrə Konfederasiyasından olan nümayəndənin təklifi və digər nümayəndələrin yekdil səsi ilə həmsədrlik Azərbaycan Respublikasının səhiyyə naziri O.Şirəliyevə həvalə olundu

“Qaynar xətt” xidmətinə daxil olan müraciətlərin göstəriciləri

Daxil olmuş müraciətlərin 460 şikayət xarakterli, 326-sı sorğu, 115-i əsassız müraciətlər, 97-si isə aidiyyəti üzrə deyil

Səhiyyə müəssisələrinin elektron poçt xidməti vahid domendə birləşdi

Yeni e-poçt xidməti tam Azərbaycan dilinə tərcümə edilib. Xidmətdən istifadə etmək üçün 220 tibb idarə və müəssisəsinə e-poçt ünvanı qeydiyyatdan keçirilmiş, istifadəçi adı, şifrəsi və istifadə qaydaları ilə birlikdə fərdi şəkildə müəssisələrə təqdim edilmişdir

Səhiyyə Nazirliyində kollegiya iclası keçirilib

İclasda Azərbaycan Respublikası Tibb Universitetinin Tədris Terapevtik Klinikasına yeni təyin olunmuş direktorunun adı açıqlanıb

Lökbatan qəsəbəsindəki 4 mərtəbəli Doğum Evinin açılışı olmuşdur

Qaradağ rayonunun 60 minə yaxın əhalisinə xidmət edəcək doğum evinin fəaliyyəti sanitar gigiyenik qaydalara cavab vermədiyinə görə, 2010-cu ilin iyun ayında təmir və rekonstruksiya işləri məqsədi ilə dayandırılmışdır

Yeni vahid resept blank forması təsdiqlənmişdir

Səhiyyə Nazirliyinin vəsaiti hesabına çap olunacaq həmin blankların qısa müddət ərzində ölkənin bütün ambulator müalicə-profilaktik müəssisələrinə paylanılması nəzərdə tutulub

Mama-ginekologiya və pediatriya ixtisasları üzrə keçirilmiş sertifikasiya test imtahanlarının nəticələri bəlli oldu

İmtahanda ümumilikdə 122 həkim iştirak etmişdir. İştirakçılardan 5 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstəriblər. Ümumilikdə isə imtahanda iştirak edən həkimlərdən 119 nəfər (98%) uğurlu nəticələr əldə etmişdir

Səhiyyə nazirliyin mütəxəssislərinin tibb müəssisələrinə təhkim olunması haqqında yeni əmr imzalanmışdır

Əmrə əsasən Respublikanın şəhər və rayonlarında əhaliyə tibbi yardımın göstərilməsi ilə bağlı yaranan mübahisəli məsələlərin yerində araşdırılması və həllinin təmin edilməsi məqsədi ilə respublikanın 16 iri şəhər və rayonlarına tibb mütəxəssisləri ezam olunacaqlar

Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun direktoru Azərbaycandadır

Sonda səhiyyə naziri Oqtay Şirəliyev və ÜST Avropa Regional Bürosunun direktoru Jujanna Yakab 12-15 sentyabr 2011-ci il tarixləri arasında Bakıda keçiriləcək ÜST-nin Avropa Regional Komitəsinin illik sessiyası ilə bağlı öhdəliklərin icrası və hazırlıq işlərinin görülməsi üçün əməkdaşlığa dair saziş imzaladılar

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə könüllü qanvermə aksiyaları keçirilmişdir

Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır

«Elektron Səhiyyə» internet portalının yenilənmiş versiyası istifadəyə verildi

Portalda Respublikamızda və dünyada səhiyyə sahəsində “e-Səhiyyə” həlləri və yenilikləri barədə geniş məlumat verilir. Həmçinin burada Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən layihələr haqqında informasiya əks olunub eləcədə elektron xidmətlər fəaliyyət göstərir

Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun direktoru doktor Jujanna Yakab Azərbaycana səfər edəcək

Səfər proqramı çərçivəsində Bakıda keçiriləcək sessiyaya dair anlaşma memorandumunun imzalanması nəzərdə tutulub

Stomatologiya və neyrocərrahiyyə ixtisasları üzrə keçirilmiş sertifikasiya imtahanlarının nəticələri bəlli oldu

23.02.2011-ci il tarixində stomatologiya və neyrocərrahiyyə ixtisasları üzrə keçirilən imtahanda ümumilikdə 97 həkim iştirak etmişdir. İştirakçılardan 11 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstəriblər

Milli Onkologiya Mərkəzinin internet saytı istifadəyə verilib

İnternet saytında Milli Onkologiya Mərkəzinin yaranma tarixi, xəbərlər, rəhbərlik, klinik və diaqnostik şöbələr haqqında məlumatlar, elmi məqalələr, mərkəzlə əlaqə vasitələri də əks olunmuşdur. Saytda həmçinin onkoloji xəstələrə dövlət hesabına verilən şiş əleyhinə həyatı vacib və digər dərman preparatlarının siyahısı da yerləşdirilmişdir

Səhiyyə nazirliyində Qlobal Fondun nümayəndələri ilə görüş keçirilib

Ölkəmizə dair Qlobal Fondun təklif və tövsiyələrini diqqətlə dinləyən nazir Oqtay Şirəliyev də öz təkliflərini qonaqların nəzərinə çatdırdı. Verilən təkliflər birgə müzakirə olundu

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..