Səhiyyə naziri Oqtay Şirəliyev Prezident İlham Əliyevə məlumat vermişdir ki, bu gün ölkədə ən çox diqqət göstərilən və müasir səviyyədə yenilənən sahələrdən biri də səhiyyədir
“Dəyirmi masa”da Azərbaycan səhiyyəsinin 20 il əvvəlki və indiki vəziyyəti müqayisə olunmuş, ölkəmizdə səhiyyənin inkişafında beynəlxalq təşkilatların rolundan danışılmış, müstəqillik illərində 400 dən artıq yeni tibb müəssisə açılması, xəstəxanaların əsaslı təmirdən çıxması, bu sahəyə ayrılan vəsaitin dəfələrlə artırılması haqqında tədbir iştirakçılarına məlumat verilmişdir
Belə ki, 14.09.2011-ci il tarixində şüa terapiyası və laboratoriya işi ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 47 həkim iştirak etmişdir. İştirakçılardan 1 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstərmişdir
ÜST-ün Avropa Regional Bürosunu Bakıda keçirilən sessiyası bu gün başlıca səhiyyə məsələləri ilə bağlı çoxsaylı tədbirlər planlarını təsdiq etdikdən sonra öz illik toplantısını başa çatdırmışdır
Tədbirin üçüncü günü qeyri-yoluxucu xroniki xəstəliklər, HİV, QİÇS, spirtli içkilərlə bağlı problemlər, səhiyyə siyasəti konsepsiyası və digər məsələlər müzakirə olunmuşdur. Müzakirələrin nəticəsi olaraq iştirak edən ölkələr öz təkliflərini vermişdilər
Sənəddə ölkələr arasında səhiyyə və tibb elmi sahəsində əlaqələrin inkişaf etdirilməsi və gücləndirilməsinin zəruriliyini nəzərə alaraq, öz səlahiyyətləri daxilində bir çox məsələlərin həyata keçirilməsini planlaşdırılır
Türkiyə Cümhuriyyətinin Səhiyyə naziri Rəcəb Akdağın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olmuşdur. Səmimi və dostluq şəraitində keçən görüşdə bir çox məsələlərə toxunuldu
Sessiyada ÜST-nın baş direktoru Marqaret Çanın məruzəsi dinlənilmişdir. M.Çan çıxışında sessiyanın təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirmiş və ölkə başçısı cənab İlham Əliyev ilə görüşü barədə məlumat vermişdir
Sessiyanın açılışında Azərbaycan Prezidenti İlham Əliyev iştirak etmişdir. Tədbirdə ÜST-nin baş direktoru Marqaret Çen, 52 üzv ölkələrin səhiyyə nazirləri, bir çox nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri və Azərbaycanın tibb mütəxəssisləri iştirak edirlər
Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 61-ci sessiyasının iştirakçıları 11.09.2011-ci il tarixlərində Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar
ÜST Avropa regional bürosunun direktoru Jujanna Yakob və Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Elsevər Ağayevin iştirakı ilə keçirilən konfransda 2011-ci il sentyabrın 12-dən 15-dək Bakıda ÜST-nin Avropa Regional Bürosunun 61-ci sessiyasının gündəliyinə daxil edilmiş məsələlər haqda açıqlamalar verildi
ÜST Avropa regional bürosunun direktoru Jujanna Yakob və Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Elsevər Ağayevin iştirakı ilə keçirilən konfransda 2011-ci il sentyabrın 12-dən 15-dək Bakıda ÜST-nin Avropa Regional Bürosunun 61-ci sessiyasının gündəliyinə daxil edilmiş məsələlər haqda açıqlamalar verildi
Bu kurslarda iştirak etmək istəyən (Bakı və bölgələr üzrə) mütəxəssislər 25 sentyabr 2011-ci il tarixinədək saat 15:00-dən-17:00-dək Səhiyyə Nazirliyinə müraciət edə bilərlər
Belə ki, 07.09.2011-ci il tarixində pediatriya və ftiziatriya ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 117 həkim iştirak etmişdir. İştirakçılardan 1 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstərmişdir. Ümumilikdə isə imtahanlarda iştirak edən həkimlərdən 108 (93%) nəfər uğurlu nəticələr əldə etmişdir
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Rusiya Federasiyasının Diplomdan sonrakı Tibb Akademiyası arasında imzalanmış sazişin növbəti mərhələsinə sentyabr ayında start verilib
5-20 sentyabr tarixlərində Azərbaycanda kardiocərrahiyyə xidmətinin təkmilləşdirilməsi və keyfiyyətinin yüksəldilməsi məqsədi ilə Belarusiyanın Kardiologiya və Kardiocərrahiyyə İnstitutunun aparıcı mütəxəssisləri azərbaycanlı müdavimlər üçün elmi - praktiki seminarlar və master-klasslar və mühazirələr keçəcəklər
Yeni proqramın tətbiqi sahəsində səhiyyə müəssisələrində kadrlar üzrə əmrlərin verilməsi prosesi avtomatlaşdırılaraq vahid informasiya bazasında cəmləşdiriləcək və mövcud sistemlərlə inteqrasiya olunacaq
Səhiyyə Nazirliyinin təşəbbüsü ilə təşkil edilən təlimlərin keçirilməsində məqsəd iştirakçıları səhiyyə sistemində kadr işinin aparılması ilə bağlı yeniliklərlə tanış etməkdir
Bu kurslarda iştirak etmək istəyən mütəxəssislər 1-25 sentyabr 2011-ci il tarixlərində saat 15:00-dən-17:00-dək Səhiyyə Nazirliyinə müraciət edə bilərlər