Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Xroniki böyrək çatışmazlığı olan xəstələrə göstərilən tibbi xidmətin yaxşılaşdırılması məsələləri müzakirə olunub

3 avqust 2018-ci il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) xroniki böyrək çatışmazlığı olan xəstələrə göstərilən tibbi xidmətin yaxşılaşdırılması, keyfiyyət və səmərəliyinin artırılması ilə bağlı iclas keçirilib.

Naxçıvanda fəaliyyət göstərən orta tibb işçilərinin sertifikasiya imtahanı keçirilib

Muxtar respublikada praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi davam etdirilir. İyulun 27-dən start götürən sertifikasiya imtahanlarının növbəti mərhələsində orta tibb işçiləri 3 gün ərzində bilik və bacarıqlarını sınayıblar.

 

Səhiyyə Nazirliyi şəkərli diabet xəstələrinə dair Sərəncam imzalanıb

Səhiyyə Nazirliyində “Şəkərli diabet xəstələrinə göstərilən tibbi xidmətin yaxşılaşdırılması, keyfiyyət və səmərəliyinin artırılması üzrə tədbirlərin sürətləndirilməsi haqqında” sərəncam imzalayıb.

Təcili tibbi yardım xidməti 2018-ci ilin 6 ayın yekun hesabatını verib

 

2018-ci ilin 6 ayı ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 365442-dən artıq ümumi müraciət daxil olub ki, bu da keçən illə müqayisədə 29182 nəfər çoxdur.

“28 iyul – Ümumdünya Hepatit Günü”nə həsr olunmuş mətbuat konfransı keçirildi

27 iyul 2018-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “28 iyul – Ümumdünya Hepatit Günü”nə həsr olunmuş mətbuat konfransı keçirildi.

 

EU 4 Digital elektron səhiyyə şəbəkəsi” seminarı keçirilib

12-13.07.2018-ci il tarixində Gürcüstanın Batumi şəhərində elektron səhiyyə həsr olunmuş “EU4Digital elektron səhiyyə şəbəkəsi” seminarı keçirilib

İİV-infeksiyasının yayılmasını illər boyu məhdud mərhələdə saxlamaq mümkün olmuşdur

İİV-infeksiyası/QİÇS pandemiyası dünyada aparılan çöxşaxəli mübarizə tədbirlərinə baxmayaraq, inkişafını davam etdirməkdədir. Azərbaycan İİV-infeksiyasına yoluxma səviyyəsi üzrə aşağı olan ölkələr sırasına daxildir. Burada epidemiya əsasən yüksək riskli qruplara aid olan əhali təbəqələri, o cümlədən inyeksion narkotik istifadəçiləri arasında yayılmışdır. Belə ki, 2018-ci ilin birinci yarım ili ərzində aşkar olunan İİV-ə yoluxma hallarının 11,0%-i, 1987-01.07.2017-ci illər ərzində isə aşkar olunan halların 43,9%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Respublika Səhiyyə Nazirliyinin daim nəzarət və hərtərəfli təminatı sayəsində İİV-infeksiyasının yayılmasını illər boyu məhdud təmərküzləşmiş mərhələdə saxlamaq mümkün olmuşdur.

RMDM-ə növbəti cərrahi əməliyyat uğurla nəticələnib

Kraniosinostoz nadir hallarda rast gəlinən ana bətnində inkişaf edən patologiyadır.

Səhiyyə naziri Oqtay Şirəliyev Qusarda vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir. Qəbul zamanı vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll istiqamətində tədbirlər görülür.

Cərrah və cərrah-rezidentlərə dair ELAN

11 iyun 2018-ci il tarixdə saat 16:00-da Azərbaycan Cərrahlar Birliyinin təşəbbüsü ilə Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) cərrahların növbəti aylıq elmi toplantısı keçiriləcək.

 

ELAN! Laparoskopik cərrahiyyə üzrə kurs keçiriləcəkdir

 

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda 04-15 iyun 2018-ci il tarixində ödənişli əsaslarla “Laparoskopik cərrahiyyənin əsasları” kursunun keçirilməsi planaşdırılıb.

Təlim zamanı laparoskopik cərrahiyyənin elmi əsaslarına həsr olunmuş mühazirə və video mühazirələr oxunacaq, laparoskopik vərdişlərin öyrənilməsi, ayrı-ayrı əməliyyatların edilməsi texnikasına həsr olunmuş təcrübi məşğələlər aparılacaq və canlı əməliyyatlar nümayiş olunacaq.

Təlimin sonuncu günü iştirakçılar qiymətləndiriləcək, sertifikatlar təqdim ediləcək.

Təlimlərdə İştirak etmək istəyənlər institutun tədris şöbəsinə müraciət edə bilərlər.

Telefon: (+994 12) 5650428

ELAN 2017-ci ildə rezidenturanı bitirmiş həkim-mütəxəssislərin diplomları təqdim olunur

2017-ci ildə rezidentura təhsilini bitirmiş həkim-mütəxəssislərə rezidentura təhsili diplomları təqdim olunur.

 

 

Elan! 2018-ci ilin fevral ayında aparılan yekun attestasiyadan müvəffəqiyyətlə keçərək rezidentura təhsilini bitirən həkim-mütəxəssislərin təyinatı barədə

2018-ci ilin fevral ayında aparılan yekun attestasiyadan müvəffəqiyyətlə keçərək rezidentura təhsilini bitirən həkim-mütəxəssislərin təyinatı və iş yerinə göndərilməsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində aşağıdakı cədvəl üzrə keçiriləcəkdir.

Müraciət edənlərdən şəxsiyyət vəsiqələrini təqdim etmələri xahiş olunur.

2016/2017-ci tədris ilində rezidenturanı bitirmiş həkim-mütəxəssislərin nəzərinə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 may tarixli 144 nömrəli qərarı ilə təsdiq edilmiş “Baza ali tibb təhsili və rezidentura təhsili haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”nın 3.8-ci bəndinə əsasən diplomda məzunun soyadı, adı və atasının adı onun şəxsiyyətini təsdiq edən sənəd əsasında yazılır.

Dr. Toby Long tərəfindən “Autizm spektr pozuntuları” və “Uşaqlarda inkişafın ləngimələri” mövzularında mühazirələr keçiriləcək

ABŞ-ın Bakıdakı səfirliyi və Bakı Dövlət Universiteti "Autizm Spektr Pozuntuları" və "Uşaqlarda inkişafın ləngimələri" mövzularında ictimai məruzələrə qatılmağa dəvət edir. Məruzələr əlil və xüsusi qayğıya ehtiyacı olan uşaqlara xidmət üzrə beynəlxalq səviyyədə tanınmış spiker və məsləhətçi Georgetown Universitetinin professoru Dr. Toby Long tərəfindən həyata keçirilir.

Avropa Uşaq Ortopediyası Cəmiyyətinin (EPOS) regional kursu keçiriləcəkdir

Avropa Uşaq Ortopediyası Cəmiyyətinin (EPOS) regional kursu 09-10.03.2018-ci il tarixlərində Hyatt Regency otelində keçiriləcəkdir. Kurs həkim-travmatoloq-ortopedlər, eləcə də “Travmatologiya-ortopediya” ixtisası üzrə təhsil alan həkim-rezidentlər üçün keçirilir. Kurs Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən Davamlı Tibbi Təhsil tədbiri kimi akkreditasiya olunmuşdur.

Elan: Rezidentlərin yekun attestasiyası barədə

Əmək qabiliyyətini müvəqqəti itirmə və ya sosial məzuniyyətlə əlaqədar təhsil müddəti fevral ayının sonlarınadək uzadılmış, eləcə də 2017-ci ilin oktyabr ayında keçirilmiş yekun attestasiyanın I və ya II mərhələsindən keçə bilməmiş və ya üzrlü səbəbdən attestasiyada iştirak etməmiş həkim-rezidentlər üçün 2018-ci ilin fevral ayında yekun attestasiya keçiriləcəkdir. Naxçıvan Dövlət Universitetinin rezidentləri istisna olmaqla digər klinik bazaların rezidentləri üçün yekun attestasiya Azərbaycan Tibb Universitetində keçiriləcəkdir.

Elan! M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində həkim-rezidentlər üçün mühazirə və kurslar keçirilir

M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində ümumi cərrahiyyə, mamalıq-ginekologiya və urologiya ixtisasları üzrə təhsil alan həkim-rezidentlər üçün ümumi və laparoskopik cərrahiyyə üzrə silsilə interaktiv mühazirələr və kurslar keçirilir.

Elan 2016/2017-ci tədris ilində rezidentura təhsilini bitirən həkim-mütəxəssislərin təyinatı

2016/2017-ci tədris ilində rezidentura təhsilini bitirən həkim-mütəxəssislərin təyinatı

Rezidentlərin yekun attestasiyası haqqında

Rezidentlərin yekun attestasiyası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 11.10.2017-ci il tarixli 69 nömrəli əmri ilə təsdiq edilmiş Attestasiya Komissiyası tərəfindən aparılacaqdır. Naxçıvan Dövlət Universitetinin rezidentlərinin yekun attestasiyası həmin universitetdə, digər klinik bazaların rezidentlərinin yekun attestasiyası Azərbaycan Tibb Universitetində keçiriləcəkdir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..