Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Sertifikasiya imtahanları davam edir

02.11.2011-ci il tarixində nevrologiya, mamalıq-ginekologiya və epidemiologiya   ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 95 həkim iştirak etmişdir. İştirakçılardan 5 həkim 100 bal toplayaraq ən yüksək nəticəni göstərmişdir

Azərbaycan Prezidenti İlham Əliyev Respublika Uşaq Klinik Xəstəxanasının açılışında iştirak etmişdir

Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına xəstəxanada görülmüş işlər barədə məlumat vermişdir. Bildirildi ki, xəstəxanada yenidənqurma işlərinə 2010-cu ilin iyunundan başlanmışdır. Binada yüksək səviyyədə təmir-bərpa işləri görülmüşdür

Ağdaş Mərkəzi Rayon xəstəxanasının açılışı olmuşdur

Səhiyyə Nazirliyinin sifarişi əsasında inşa edilən xəstəxana binasının təməli ötən il fevralın 12-də Prezident İlham Əliyevin Ağdaş rayonuna səfəri zamanı qoyulmuşdur. 100 çarpayılıq xəstəxana kompleksində tikintinin ümumi sahəsi 22 min 500 kvadratmetrdir. Altı korpusdan ibarət üçmərtəbəli səhiyyə ocağında 100 nəfərədək tibb heyəti çalışır

“Dünya əhalisinin durumu - 2011” hesabatına dair məlumat

Hesabatda Azərbaycana dair heç bir mənbəyə əsaslanmayan bəzi yanlış məlumatlar öz əksini tapmışdır. Qeyd edək ki, Azərbaycan Respublikasının Statistika Komitəsi ana və uşaq ölümünə dair göstəriciləri illər üzrə dəqiqliyi ilə hesablanmışdır. Həmin göstəricilər eyni zamanda ÜST tərəfindən qəbul olunmuşdur və hesabatlarında əks olunmuşdur

Fizioterapiya və terapiya ixtisasları üzrə imtahanlarının nəticələri bəlli oldu

Keçirilən imtahanlarda ümumilikdə 254 həkim iştirak etmişdir. Ümumilikdə imtahanlarda iştirak edən həkimlərdən 222 nəfər uğurlu nəticələr əldə etmişdir

Azərbaycan Respublikasında Demoqrafiya və Sağlamlıq Sorğusu üzrə sahə işləri başa çatdı

Milli səviyyədə keçirilən Demoqrafiya və Sağlamlıq Sorğusu əhali, ev təsərrüfatlarının xüsusiyyətləri, ailə planlaşdırılması, ana və uşağın sağlamlığı, reproduktiv sağlamlıq, QİÇS və digər cinsi yolla keçən xəstəliklər, qidalanma və təhsil haqqında məlumatla təmin edir

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüş olmuşdur

Qonaqları səmimi salamlayan Oqtay Şirəliyev Qırmızı Xaç komitəsinin  nümayəndələrinə bütün dünyada həmçinin də Azərbaycanda mühüm layihələr həyata keçirdiklərini, ən əhəmiyyətli və çətin məqamlarda əhalinin yardımına gəldiklərini müsbət hal kimi qiymətləndirildiyini bildirdi

Gigiyenik normalara cavab verməyən müəssisə sahibkarları cərimələnib

Sentyabr ayı ərzində əhali arasında 78 qida zəhərlənməsi hadisəsi baş vermiş, 87 nəfər zərərçəkən olmuşdur. O cümlədən 3 botulizm hadisəsi baş vermiş, 3 nəfər zərərçəkən olmuşdur

Şüa diaqnostikası üzrə kurslar keçiriləcək – Elan

Kurslarda iştirak etmək istəyən Səhiyyə Nazirliyinin tabeçiliyində olan xəstəxana və tibb mərkəzlərinin mütəxəssisləri 21 oktyabr 2011-ci il tarixindən -31 oktyabr 2011-ci il tarixinədək saat 15:00-dən-17:00-dək Səhiyyə Nazirliyinə müraciət edə bilərlər

Astanada travmatoloq və ortopedlərin Beynəlxalq elmi-praktiki konfransı keçirilmişdir

Azərbaycan 2 məruzə təqdim etmişdir. Bunlardan “Azərbaycanda yol-nəqliyyat travmatizmi və onun xüsusiyyətləri” dinləticilərin böyük marağına səbəb olmuşdur

Sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli oldu

Belə ki, 19.10.2011-ci il tarixində endokrinologiya,  psixiatriya və şüa diaqnostikası ixtisasları  üzrə keçirilən imtahanlarda ümumilikdə 103 həkim iştirak etmişdir. Ümumilikdə imtahanlarda iştirak edən həkimlərdən 94  nəfər uğurlu nəticələr əldə etmişdir

Tibb bacısı ixtisası üzrə nümunəvi test sualları hazırlandı

Nümunəvi test suallarında beş cavab variantı ilə yanaşı  izahlı doğru cavab variantı yerləşdirilmiş, həmçinin test suallarına hazırlaşarkən hansı mənbələrə istinad edilməsi lazım sayılan dərs vəsaitləri də göstərilmişdir

Rezidenturaya qəbul olunan həkimlərin hazırlığına cavabdeh olan mütəxəssislərlə toplantı keçirilmişdir

Toplantıda həkim mütəxəssislərin rezidentura hazırlığına cavabdeh olan rəhbər kuratorların aparacaqları işlər dinlənilmiş və mövzu ətrafında bir sıra  məqamlar müzakirə olunmuşdur

“Diabet Məktəblərinin təşkili” layihəsi çərçivəsində ilkin səhiyyə xidməti göstərən tibb işçiləri üçün təlimlərə başlanıldı

Biliklərin artırılması məqsədilə ümumilikdə 70 təlim 105 həkim üçün, 140 təlim 210 tibb bacısı üçün, 770 təlim 1155 diabetli xəstə üçün, 700 təlim 1050 risk qrupuna aid olan insan üçün keçiriləcək

Bakı şəhər Baş Səhiyyə İdarəsində könüllü qanvermə aksiyası keçirilmişdir

Aksiya zamanı 50 nəfər könüllü olaraq qan vermişdir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır

Xızı Mərkəzi Rayon Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilmişdir

Aksiya zamanı 135 nəfər könüllü olaraq qan vermişdir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır

Bakıda XII Beynəlxalq Avrasiya cərrahiyyə və qastroenterologiya konqresi keçirilir

Oktyabrın 15-dək davam edəcək beynəlxalq tədbirdə cərrahiyyə və qastroenterologiya sahələrində yeniliklərlə bağlı məruzələr dinləniləcək, müzakirələr aparılacaqdır

Sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli oldu

Belə ki, 12.10.2011-ci il tarixində yoluxucu xəstəliklər, hematologiya və stomatologiya ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 131 həkim iştirak etmişdir

Səhiyyə Nazirliyində özəl tibb sektorun nümayəndələri ilə “Dəyirmi masa” keçirilmişdir

Tədbirdə iştirak edən Səhiyyə nazirliyinin rəsmiləri son illər ərzində səhiyyədə, xüsusilə də özəl səhiyyə sektorunda görülən işlər, əldə olunan nailiyyətlər barəsində  məlumatlar verdilər, qarşıda duran yeni planları ilə paylaşdılar

Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat

“Qaynar xətt” xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülmüşdür

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..