Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə nazirliyində Qlobal Fondun nümayəndələri ilə görüş keçirilib

Ölkəmizə dair Qlobal Fondun təklif və tövsiyələrini diqqətlə dinləyən nazir Oqtay Şirəliyev də öz təkliflərini qonaqların nəzərinə çatdırdı. Verilən təkliflər birgə müzakirə olundu

Səhiyyə nazirliyin mütəxəssislərinin tibb müəssisələrinə təhkim olunması haqqında əmr imzalanıb

Əhaliyə tibbi yardımın göstərilməsi ilə bağlı yaranan mübahisəli məsələlərin araşdırılmasının yerlərdə təşkili və bu zaman operativliyin və şəffaflığın təmin olunması məqsədi ilə səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb

İlk sertifikatlar 161 həkimə təqdim olundu

Mərasimi giriş sözü ilə acan səhiyyə naziri Oqtay Şirəliyev öncə bütün həkimləri bu məsuliyyətli və eyni zamanda şərəfli bir işin öhdəsindən uğurla gəldiklərinə görə təbrik etdi

Mikrobiologiya ixtisası üzrə keçirilmiş sertifikasiya imtahanının nəticələri bəlli oldu

16.02.2011-ci il tarixində mikrobiologiya ixtisası üzrə keçirilən imtahanda ümumilikdə 20 həkim iştirak etmişdir. İmtahanda iştirak edən həkimlərdən 17 nəfər (85%) uğurlu nəticələr əldə etmişdir

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində növbəti Təşkilatlararası iclas keçirilib

İclasda YUNİSEF və ÜST-ün Azərbaycan nümayəndəliyi, Azərbaycana Birgə Yardım Təşkilatı, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, “Sağlam həyat tərzi” və Səhiyyə Sektorunda İslahatlar Layihəsinin İcra Qrupu, Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu, İSİM, “Save the children”, AbtAssociates kimi yerli və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər

Azərbaycanda bakterial meningitlər üzərində epidemioloji kəşfiyyat nəzarəti müvəffəqiyyətlə davam etdirilməkdədir

2010-cu ilin yanvar ayından başlayan, Səhiyyə Nazirliyi tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional bürosunun dəstəyi ilə Azərbaycanda bakterial meningitlər üzərində epidemioloji kəşfiyyat nəzarəti müvəffəqiyyətlə davam etdirilməkdədir

"Tibbi xidmət keyfiyyətinin davamlı yaxşılaşdırılması və dəstəkləyici nəzarət" mövzusunda təlim keçirilib

İSİM-in təşkilatçılığı və YUNİSEF-in texniki dəstəyilə “Azərbaycanda səhiyyə xidmətlərinin keyfiyyətinin mövcud monitorinq sisteminə dəstəkləyici nəzarət prinsiplərini inteqrasiya etməklə neonatal qayğı və doğum xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması” layihəsi çərçivəsində təşkil olunmuş təlimdə Bakı üzrə 10 doğuşayardım tibb müəssisəsinin neonatoloqları, baş həkim müavinləri, şöbə müdirləri iştirak etdilər

“Hamilə qadınlar arasında HepB və HİV-in diaqnostikası və yenidoğulmuş uşaqların HepB virusuna qarşı profilaktikası” proqramına dair görülən işlər davam etdirilir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2011-ci il 08 fevral tarixli 19 saylı əmri ilə proqram cari ilin 01 mart tarixindən Lənkəran rayonunda tətbiq olunmağa başlayacaqdır

Azərbaycan hökuməti yeni səhiyyə obyektlərinin inşası üçün tender elan etmişdir

Dünya Bankının dəstəyi ilə keçirilən tenderin birinci mərhələsində 4 kənd xəstəxanasının inşası nəzərdə tutulmuşdur. İkinci mərhələdə isə respublikamızın regionlarında 8 çoxfunksiyalı sağlamlaşdırma klinikasının inşası planlaşdırılmışdır

Tibb xidmətinin təkmilləşdirilməsinə dair görülən işlər

Səhiyyə Nazirliyində 31.01.2011-ci il tarixində keçirilmiş geniş kollegiya iclasının nəticələri olaraq əhaliyə göstərilən tibbi yardımın təşkilində yol verilən ciddi nöqsanlara görə xəstəxana, doğum evi, gigiyena və epidemiologiya mərkəzlərinin 21 nəfər rəhbər və struktur bölmə rəhbərləri tutduğu vəzifədən azad olunub, 54 nəfər məsul işçi barədə isə intizam tənbehi tətbiq edilmişdir

Revmatologiya ixtisası üzrə keçirilmiş imtahanın nəticələri bəlli oldu

02.01.2011-ci il tarixində revmatologiya ixtisası üzrə keçirilən imtahanda 7 həkim iştirak etmişdir. İmtahanlarda iştirak edən həkimlərin 4 nəfəri (57%) uğurlu nəticələr əldə etmişdir

Səhiyyə nazirliyində geniş kollegiya iclası keçirilmişdir

Tibb müəssisələrinin baş həkimləri və Elmi Tədqiqat İnstitutlarının direktorlarının iştirakı ilə keçirilən iclas əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi məsələlərinə həsr olunmuşdur

Səhiyyə nazirliyində Bakı şəhərində fəaliyyət göstərən ambulator tibb müəssisələrinin baş həkimlərinin və imtiyazlı apteklərin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib

İclas şəkərli diabet xəstələrinə göstərilən tibbi xidmətin səviyyəsinin daha da yaxşılaşdırılmasına həsr olunmuşdur

Bir qrup çexiyalı ortoped- cərrah hazırda Azərbaycandadır

Çexiya Respublikasından gələn 3 cərrah-ortoped Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda əsasən iri oynaqların (süni oynaqlarla əvəz olunması) əməliyyatlarının icrasında iştirak edirlər

Əlillərin tibbi reabilitasiyası və əlliliyin müəyyən edilməsi məsələsinə həsr olunmuş iclas keçirilmişdir

Məsələnin aktuallığını nəzərə alan Səhiyyə Nazirliyi toplantıda bu sahədə mövcud nöqsanların aradan qaldırılması yollarını müzakirə etmiş və bu səpkidə görülmüş konkret tədbirlərdən danışmışlar

Bakıda ikinci Azərbaycan-Alman Cərrahiyyə Günləri başlamışdır

Fevralın 4-dək davam edəcək tədbirdə Almaniyanın Heydelberq Universitetinin Mannheym Cərrahiyyə Klinikasının rəhbəri və Almaniya Cərrahlar Cəmiyyətinin sədri professor Stefan Postun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir

Yanvar ayı ərzində sertifikasiyaya dair 8 ixtisas üzrə imtahan keçirilmişdir

Mama-ginekologiya, terapiya, pediatriya, oftalmologiya, anesteziologiya-reanimatologiya, ümumi cərrahiyyə, dermatovenirologiya və kardiologiya ixtisasları üzrə keçirilən test imtahanlarında 170 həkim iştirak etmişdir. İmtahanlarda iştirak edən həkimlərin 157 nəfər (92%) uğurlu nəticələr əldə etmişdir

Səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli oldu

26.01.2011-ci il tarixində dermatovenirologiya və kardiologiya ixtisasları üzrə keçirilən test imtahanlarında 54 həkim iştirak etmişdir. İştirakçılardan 5 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstəriblər. Bütövlükdə isə imtahanlarda iştirak edən həkimlərin 96% (52 nəfər) uğurlu nəticələr əldə etmişdir

Praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti müsahibəsi keçirilmişdir

Müsahibədə 12.01.2011-ci il tarixində anesteziologiya-reanimatologiya ixtisası üzrə test imtahanı verən və birinci mərhələdən uğurlu nəticələr əldə edən həkimlər iştirak ediblər

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..