Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatı

Vişnevskaya-Rostropoviç Fondunun dəstəyi ilə 2010-cu ilin oktyabr-noyabr aylarında aparılmış 1-ci turun davamı olaraq Səhiyyə Nazirliyi tərəfindən bu ilin aprel-may aylarında respublikanın 42 rayonunda 331 min nəfərdən çox I-VI-cı sinif şagirdləri arasında helmintozların (qurd xəstəliklərinin) profilaktikası məqsədilə Albendazol preparatı ilə 2-ci tur dehelmintizasiya (müalicə-profilaktika) tədbiri həyata keçirilmişdir

Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat

Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə (565-12-64; 595-40-15; 595-35-39) 2011-ci il iyun ayı ərzində 734 müraciət daxil olmuşdur. Daxil olmuş müraciətlərin 420-si şikayət xarakterli müraciətlərdi

Könüllü qanvermə aksiyaları davam edir


Səhiyyə Nazirliyinin və Cəlilabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 01.07.2011-ci il tarixində Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilmişdir

Gəncə Şəhər Səhiyyə İdarəsində könüllü qanvermə aksiyası keçirilmişdir

Aksiya zamanı 90 nəfər könüllü olaraq qan vermişdir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır

Sertifikasiya prosesinə dair növbəti test imtahanlarında 98% mütəxəssis uğurlu nəticələr əldə etmişdir

İştirakçılardan 13 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstərmişdir. Növbəti test imtahanları fizioterapiya və tibbi bərpa və pediatriya ixtisasları üzrə 06.07.2011-ci il tarixində keçiriləcək

Sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli oldu

Belə ki, 22.06.2011-ci il tarixində laboratoriya işi, anesteziologiya-reanimatologiya və ümumi cərrahiyə ixtisasları üzrə keçirilmiş imtahanlarda ümumilikdə 41 həkim iştirak etmişdir. İmtahanlarda iştirak edən həkimlərdən 37 nəfəri uğurlu nəticələr əldə etmişdir

Səhiyyə naziri Oqtay Şirəliyev Avropa Parlamentinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul etmişdir

Görüşdə Avropa Komissiyasının Avropa Parlamenti və Şurasına müraciətini müşayiət edən sənədin səhiyyəyə aid  bölməsinə daxil olan məsələlər müzakirə edilmiş və nazir O. Şirəliyev tərəfindən qonaqlara səhiyyədəki prioritet məsələlər haqqında geniş məlumat verilmişdir

Səhiyyə işçilərinin peşə bayramı münasibəti ilə geniş tədbir keçirildi

İyunun 17-si Azərbaycanda səhiyyə işçilərinin peşə bayramı münasibəti ilə səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə geniş tədbir keçirildi. Tədbiri giriş sözü ilə acan nazir ilk olaraq bütün tibb işçilərini təbrik etdi onlara bu çətin və incə işlərində uğur və müvəffəqiyyətlər arzuladı

Azərbaycanda səhiyyə sahəsində həyata keçirilən islahatlar dünyada olan nüfuzlu qurumların da diqqət mərkəzindədir

Belə ki, 25 may 2011-ci il tarixdə Avropa Komissiyası (AK) Azərbaycan tərəfindən Avropa Qonşuluq Siyasətinin həyata keçirilməsi haqqında Tərəqqi Hesabatını dərc etmişdir

Səhiyyə işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Prezident İlham Əliyev Sərəncam imzalamışdır

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilmişlər

Azərbaycanda tibb işçilərinin peşə bayramı qeyd olunur

İyunun 17-si Azərbaycanda səhiyyə işçilərinin peşə bayramı münasibəti ilə səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə tanınmış tibb işçiləri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar

Bakı şəhərinin çimərliklərinin vəziyyəti barədə məlumat

Aparılmış araşdırmalar Mərdəkan-Şüvəlan, Novxanı, Buzovna, Zaqulba, Pirşağı, Bilgəh, Nardaran, Türkan, Hövsan çimərliklərində dəniz suyunun keyfiyyət göstəricilərinin norma səviyyəsində olduğunu göstərmişdir

Səhiyyə naziri Oqtay Şirəliyev və nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri olmuşdur

Nazir və nümayəndə heyəti Naxçıvanda təşkil olunmuş “Şəkərli diabet və onun müasir aspektləri” mövzusuna həsr olunmuş elmi-praktiki konfransda iştirak etmişlər

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatı

Respublikanın sanitar-epidemioloji xidmət orqanları tərəfindən 2011-ci ilin 5 ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitar norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 225 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunmuş

Səhiyyə nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat

“Qaynar xətt” xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülmüşdür

Sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli oldu

08.06.2011-ci il tarixində məhkəmə-tibbi ekspertiza və endokrinologiya ixtisasları üzrə keçirilmiş imtahanlarda ümumilikdə 50 həkim iştirak etmişdir. İştirakçılardan 5 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstərmişdir. Ümumilikdə isə imtahanda iştirak edən həkimlərin hər biri (100%) uğurlu nəticələr əldə etmişdir

Rezidentura təhsilinin təşkili ilə bağlı görülmüş işlərə dair kollegiya iclası keçirildi

İclası giriş sözü ilə acan Səhiyyə naziri Oqtay Şirəliyev tibb təhsilindəki yeniliklər o, cümlədən rezidenturaya keçid mərhələsi haqda kollegiya iştirakçılarına qısaca məlumat verdi

Səhiyyə Naziri Oqtay Şirəliyev Ümumdünya Səhiyyə Assambleyasının 64-cü sessiyasında iştirak etmişdir

Ümumdünya Səhiyyə Assambleyasının 64-cü sessiyası 16 may 2011-ci il tarixdə öz işinə başlamışdır və hər il olduğu kimi 64-cü sessiyada da Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru Dr. Marqaret Çan hesabat məruzəsi ilə çıxış etmişdir

Sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli oldu

01.06.2011-ci il tarixində stomatologiya və yoluxucu xəstəliklər ixtisasları üzrə keçirilmiş imtahanlarda ümumilikdə 99 həkim iştirak etmişdir. 1 həkim 100 bal toplamaqla ümumilikdə həkimlərdən 88 nəfəri uğurlu nəticələr əldə etmişdir

Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında iki şöbənin əsaslı təmirdən sonra açılışı olub

Ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş 30 çarpayılıq Oftalmologiya şöbəsi müxtəlif göz xəstəliklərinin müayinəsi ilə yanaşı bütün növ göz əməliyyatlarının keçirilməsinə də imkan verəcək

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->