Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Sumqayıt şəhərində “Uşaqlarda bronxial asmanın profilaktikasına dair imkanlar” mövzusunda konfrans keçirilmişdir

Məruzə ətrafında çıxışlarda hazırda uşaq yaşlarında çox təsadüf edilən bronxial asma və bronxoobstruktiv sindromun profilaktikası, diaqnostikası və müasir səviyyədə müalicəsinin təşkil edilməsi sahəsində tibb işçilərinin məsuliyyətinin artırılmasının vacibliyi xüsusi qeyd olunmuşdur

Naxçıvanda açıq-ürək əməliyyatları həyata keçirilir

Əməliyyatlar ilə yanaşı mərkəzdə 50-60 xəstəyə angioqrafiya və angioplastika kimi müayinə və müalicə üsulları tətbiq olunacaq

Könüllü qanvermə aksiyaları davam edir

Aksiyalar zamanı tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır

Gigiyenik normalara cavab verməyən müəssisə sahibkarları cərimələnib

Yanvar ayı ərzində əhali arasında 108 qida zəhərlənməsi hadisəsi baş vermiş, 130 nəfər zərərçəkən olmuşdur. O cümlədən 2 botulizm hadisəsi baş vermiş, 2 nəfər zərərçəkən olmuşdur

Həkimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır

Həkimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada aparılırMərkəzləşdirilmiş qaydada işə qəbulun əsas məqsədi hər bir namizədin bilik və peşə bacarığını, ümumi dünyagörüşünü, tibb müəssislərində işləmək bacarığının səviyyəsini müəyyən etməkdir

Heydər Əliyev Fondu tərəfindən növbəti xeyriyyə aksiyası keçiriləcəkdir

Bu tarixlərdə həmçinin, çox mürəkkəb anadangəlmə ürək qüsurundan əziyyət çəkən 15 körpə uşaq üzərində cərrahi əməliyyatların icrası nəzərdə tutulub

İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin qan xidməti rəhbərlərinin 3-cü müşavirəsi başa çatmışdır

İki günlük iclasda İƏT-ə üzv ölkələrdə könüllü donorların cəlb edilməsi və saxlanılması, transfuzion terapiya və s.

Diabet məktəbində şəkərli diabet xəstələri və risk qrupuna aid əhali üçün təlimlər keçirilir

Həkim-endokrinoloq tərəfindən aparılan təlimlər zamanı iştirakçılara şəkərli diabetlə bağlı biliklər aşılanır, maarifləndirici materiallar paylanır

İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin qan xidməti rəhbərlərinin 3-cü müşavirəsi öz işinə başlamışdır

İclası giriş sözü ilə səhiyyə nazirinin müavini Elsevər Ağayev açaraq Azərbaycanda qan xidməti sahəsində görülən işlərdən əldə olunan nailiyyətlərdən danışmışdır. Bildirmişdir ki, insanların sağlamlıqlarının qorunması Azərbaycan dövlətinin prioritet vəzifəsidir

Səhiyyə Nazirliyində geniş kollegiya iclası keçirilmişdir

İclasa Bakı və bölgələrdəki doğum evlərinin baş həkimləri, şöbə müdirləri, habelə doğuşayardım xidmətlərini həyata keçirən özəl tibb müəssisələrinin rəhbərləri dəvət olunmuşdur

Azərbaycanda anadangəlmə ürək qüsurunun invaziv yolla müalicəsi həyata keçirilir

1 saat davam edən əməliyyatda mütəxəssislərimiz qulaqcıqlararası çəpər qüsurunu invaziv yolla aradan qaldırmışdırlar

Səhiyyə müəssisələrində qanvermə aksiyalarına start verilmişdir

2013-cü il ərzində Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələri üzrə qanvermə aksiyalarının keçirilməsi qrafiki təsdiq edilərək respublikanın bütün səhiyyə müəssisələrinin və təşkilatlarının rəhbərlərinə göndərilmişdir

Vətəndaşlar immunlaşdırmaya dair məlumatları mobil operatorlar vasitəsi ilə əldə edə biləcəklər

Bunun üçün vətəndaşlar istənilən mobil operatordan "peyvənd" sözünü və uşağın elektron sağlamlıq kartındakı unikal kodunu yazaraq 9103-ə mesaj göndərməlidir

Səhiyyə Naziri Oqtay Şirəliyev Fransa nümayəndə heyətini qəbul etmişdir

Görüşdə ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi və gələcək perspektivləri müzakirə olunmuşdur

Səhiyyə naziri ölkəmizdə səfərdə olan İsrail nümayəndə heyətini qəbul etmişdir

Görüşdə ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq əlaqələrinin vəziyyəti və gələcək perspektivləri müzakirə edilmişdir

Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat

“Qaynar xətt” xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır

Farmakoloji və Farmokopeya Ekspert Şurasının növbəti iclası keçirilmişdir

İclasın gündəliyinə “Lirika” və “Koaksil”, “Tropin” və “Midriasil” dərman preparatlarının dövlət qeydiyyatının ləğv olunması və aptek şəbəkəsindən satışdan çıxarılması, “Oktaqam” preparatının dövlət qeydiyyatının bərpa olunması və s. məsələlər daxil edilmişdir

Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev Cenevrədə bir sıra rəsmi görüşlər keçirmişdir

Görüşlərdə həm İcraiyyə Komitəsində həm də ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunmuşdur

Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 132-ci sessiyası keçirilmişdir

Azərbaycan Respublikasının Səhiyyə Naziri Oqtay Şirəliyev 21-29 yanvar 2013-cü il tarixlərində İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilmiş Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 132-ci sessiyasında iştirak etmişdir

Bakıda “103” mərkəzi dispetçer xidmətinə daxil olan zənglər onlayn təyin olunacaq

Bununla bağlı Səhiyyə Nazirliyinin müvafiq informasiya sistemi "Elektron hökumət" portalına inteqrasiya olunub

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->