Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

2012-ci il ərzində 368 aptekə baxış keçirilmişdir

Ümumilikdə, yoxlamaların qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış müvafiq çıxarışlara əsasən 368 aptekdə yoxlama keçirilmişdir

Xəstəliklərin Beynəlxalq Təsnifatının 9-cu və 10-cu baxışı Azərbaycan dilinə tərcümə olunub

Stasionarların fəaliyyətinə dair məlumatların kodlaşdırılması və elektron qaydada məlumat bazasına daxil edilməsi üçün zəruri hesab edilən bu təsnifatlara dair bütün stasionar müəssisələrin həkimləri arasında 2013-cü ilin fevral-mart ayları ərzində təlimlərin keçirilməsi nəzərdə tutulur

Diabet məktəbində şəkərli diabet xəstələri və risk qrupuna aid əhali üçün təlimlər keçirilir

Həkim-endokrinoloq tərəfindən aparılan təlimlər zamanı iştirakçılara şəkərli diabetlə bağlı biliklər aşılanır, maarifləndirici materiallar paylanır

Neyrocərrahiyyə Xəstəxanasının əsaslı yenidənqurmadan sonra açılışı olub

Xəstəxanada bir əməliyyat bloku, dörd cərrahiyyə otağı yaradılmış, burada mikroskopik cərrahi əməliyyatların aparılması üçün bütün zəruri avadanlıq quraşdırılmışdır

Səhiyyə Nazirliyində geniş kollegiya iclası keçirilmişdir

İclası giriş sözü ilə acan səhiyyə naziri Oqtay Şirəliyev bu toplantının 2012-ci ilin yekunları ilə yanaşı ölkə səhiyyəsinin yeni inkişaf mərhələsinin 10 illiyinə təsadüf etdiyini bildirdi. Nazir il ərzində görülmüş işlər, əldə olunmuş nailiyyətlər haqqında kollegiya iştirakçılarına qısa məlumat verdi

Gigiyenik normalara cavab verməyən müəssisə sahibkarları cərimələnib

Noyabr ayı ərzində əhali arasında 52 qida zəhərlənməsi hadisəsi baş vermiş, 61 nəfər zərərçəkən olmuşdur

Tibb müəssisələri açıldı

Ölkəmizin səhiyyə sistemində istifadəyə verilən yeni tibb ocaqlarının sayı artmaqdadır. Bu günlərdə Səhiyyə Nazirliyinin tabeçiliyində olan, uzun illərdən bəri təmirsiz, bəzi hallarda isə yararsız vəziyyətdə olan bir necə tibb müəssisəsi açılaraq əhalinin istifadəsinə verilib

Sağlamlıq aylığı çərçivəsində profilaktik tibbi müayinə olanların sayı artır

Müayinələr zamanı müxtəlif xəstəlikləri aşkar olunmuş insanlar mütəxəssislər tərəfindən müxtəlif profilli stasionar və ambulator müalicələrə cəlb edilmişlər

Hemodializ xəstələrinə böyrək köçürülməsi əməliyyatı icra edilib

Mərkəzi Neftçilər Xəstəxanasının cərrahiyyə və orqan transplantasiyası şöbəsi tərəfindən Quba Müalicə-Diaqnostika Mərkəzində növbəti böyrək köçürülməsi və xəstələrin müayinəsi aksiyası həyata keçirilib

Ürək-damar xəstəliklərinin müalicəsində unikal hadisə

Ürəyin işemik xəstəliyindən əziyyət çəkən xəstənin tac damarına tam əriyən stent (scaffold) implantasiya edilmişdir

“Sağlam həyat uğrunda” şüarı ilə keçən aylıqda ölkə mətbuatının nümayəndələri müayinə olundular

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərindəki 3 nömrəli Şəhər Poliklinikasında kütləvi informasiya vasitələrinin 30 nümayəndəsi bütün müayinələrdən keçmişdir

Gənc mütəxəssislər Türkiyənin klinikalarında ixtisasartırma kursları keçirlər

Səhiyyə Nazirliyi tərəfindən 15 dekabr 2012-ci il tarixindən etibarən 35 gənc mütəxəssis Türkiyənin aparıcı klinikalarına səhiyyənin prioritet sahələri üzrə ixtisasartırma kurslarına göndərilib

Diabet məktəbində şəkərli diabet xəstələri və risk qrupuna aid əhali üçün təlimlər keçirilir

Həkim-endokrinoloq tərəfindən aparılan təlimlər zamanı iştirakçılara şəkərli diabetlə bağlı biliklər aşılanır, maarifləndirici materiallar paylanır

Həkimlərin təkmilləşdirilməsi işi davam etdirilir

Həkimlərimizin təkmilləşdirilməsi məqsədi ilə həyata keçirilən layihələr çərçivəsində Türkiyənin Yüksək Eyitim Araşdırmalar Xəstəxanasının böyrək transplantasiyası üzrə professoru Yıldız Şener ölkəmizdədir

Sumqayıtda “Sağlam həyat uğrunda” devizi altında əhalinin profilaktik müayinələri davam etdirilir

Profilaktik tibbi müayinələr bütün tibb müəssisələrində aparılır. Səyyar müayinələrdə 700-dən artıq şəxsə 2400 tibbi müayinə aparılmışdır

“Sağlam həyat uğrunda” aylığı uğurla davam edir

“Sağlam həyat uğrunda” devizi altında keçirilən sağlamlıq aylığı çərçivəsində respublika üzrə müalicə-profilaktika müəssisələrində bir sıra tədbirlər həyata keçirilir

Bakı şəhərində “Sağlam həyat uğrunda” devizi altında əhalinin profilaktik müayinəsi aparılır

Terapevtlər, LOR, cərrahlar, nevropatoloqlar, pediatrlar, mama-ginekoloqlar, oftalmoloqlar və s. tərəfindən yüz mindən artıq şəxsə tibbi müayinə, o cümlədən laboratoriya analizləri, ultrasəs müayinəsi, elektrokardioqrafiya müayinələri aparılmışdır 

Sumqayıt şəhərində “Sağlam həyat uğrunda” devizi altında əhalinin profilaktik müayinəsi başlandı

20-dək həkim-mütəxəssis iştirak etmiş, sakinlərə laboratoriya analizləri, ultrasəs müayinəsi, elektrokardioqrafiya, olunmışdır, 400-dən artıq şəxsə 1400 tibbi müayinə aparılmışdır, 30 nəfər stasionar müalicəyə göndərilmiş

“Narkotiklərə-YOX deyək!” adlı bir sıra tədbirlər keçirilmişdir

 “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramı” Dövlət Komissiyası tərəfindən uğurla icra olunmaqdadır. Bölgələrdə “Narkotiklərə-YOX deyək!” adlı bir sıra tədbirlər həyata keçirilmişdir

“Sağlam həyat uğrunda” devizi ilə sağlamlıq ayı elan olundu


Sağlamlıq ayının əsas məqsədi insanları mütəmadi müayinədən keçməyə alışdırmaqdır. Sağlamlıq ayının konsepsiyasına uyğun olaraq, insanları sağlam həyat tərzinə cəlb etmək məqsədilə keçiriləcək bu aylıq ölkənin bütün regionlarını əhatə edəcək

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->