Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Sumqayıt şəhərində “Sağlam həyat uğrunda” devizi altında əhalinin profilaktik müayinəsi başlandı

20-dək həkim-mütəxəssis iştirak etmiş, sakinlərə laboratoriya analizləri, ultrasəs müayinəsi, elektrokardioqrafiya, olunmışdır, 400-dən artıq şəxsə 1400 tibbi müayinə aparılmışdır, 30 nəfər stasionar müalicəyə göndərilmiş

“Narkotiklərə-YOX deyək!” adlı bir sıra tədbirlər keçirilmişdir

 “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramı” Dövlət Komissiyası tərəfindən uğurla icra olunmaqdadır. Bölgələrdə “Narkotiklərə-YOX deyək!” adlı bir sıra tədbirlər həyata keçirilmişdir

“Sağlam həyat uğrunda” devizi ilə sağlamlıq ayı elan olundu


Sağlamlıq ayının əsas məqsədi insanları mütəmadi müayinədən keçməyə alışdırmaqdır. Sağlamlıq ayının konsepsiyasına uyğun olaraq, insanları sağlam həyat tərzinə cəlb etmək məqsədilə keçiriləcək bu aylıq ölkənin bütün regionlarını əhatə edəcək

Azərbaycan-Türkiyə Səhiyyə Həftəsinə həsr olunmuş mətbuat konfransı keçirilmişdir

Konfransda bildirildi ki, "Səhiyyə həftəsi" 27.11.2012-03.12.2012-ci il tarixlərində kimi davam edəcək. Hazırda Türkiyənin 24 nəfərdən ibarət böyük nümayəndə heyəti Bakıda səfərdədir

Azərbaycan-Türkiyə Səhiyyə Həftəsi keçirilir

Bu münasibətlə ölkəmizdə rəsmi səfərdə olan Türkiyə səhiyyə nazirinin müavini, professor Nihat Tosunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlib

Azərbaycanda kardiocərrahiyyə xidmətinin təkmilləşdirilməsi işi davam edir

11-25 noyabr 2012-ci il tarixilərində Belarusiyanın Kardiologiya və Kardiocərrahiyyə İnstitutunun aparıcı mütəxəssisləri tərəfindən Akademik M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin mütəxəssisləri üçün təlimlər təşkil olunmuşdur

“Aşura günü”ndə könüllü qanvermə aksiyaları keçirildi

Təşkil olunmuş qanvermə aksiyalarda 4007 nəfər könüllü olaraq qan vermişdir ki, nəticədə 1602.8 litr qan tədarük olunmuşdur. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır

Gigiyenik normalara cavab verməyən müəssisə sahibkarları cərimələnib

Oktyabr ayı ərzində əhali arasında 64 qida zəhərlənməsi hadisəsi baş vermiş, 155 nəfər zərərçəkən olmuşdur. O cümlədən 1 botulizm hadisəsi baş vermiş, 1 nəfər zərərçəkən olmuşdur

Azərbaycanlı müdavimlər Türkiyədə ixtisasartırma kursları keçirlər

 Səhiyyə Nazirliyi və Dünya Bankının “Səhiyyə sektorunda islahatlar layihəsi” çərçivəsində həyata keçirilən bir aylıq ixtisasartırma kurslarına regionlardan 72 nəfərdən ibarət həkim və tibb bacısı heyəti göndərilmişdir

14 noyabr Ümumdünya diabet günü münasibəti ilə Sumqayıt şəhər Səhiyyə şöbəsində tədbir keçirilmişdir

Tədbirdə çıxış edənlər şəkərli diabet xəstəliyinin bütün dünyada olduğu kimi, respublikamızda da aktual bir problem olmasını bildirmişlər

Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat

“Qaynar xətt” xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülmüşdür

Elmi-praktik konfransı keçiriləcək

2012-ci il 15-17 noyabr tarixlərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu ilə Türkiyə Cumhuriyəti Ege Universiteti Tibb Fakultəsi Ortopediya və Travmatologiya kafedrası ilə birgə elmi-praktik konfransı keçiriləcək

14 noyabr Ümumdünya Diabet Günüdür

Bütün dünyada olduğu kimi, Azərbaycanda bu problemdən kənarda qalmayıb. Azərbaycan qanunvericiliyində bu məsələ öz əksini tapıb və Səhiyyə Nazirliyi bununla bağlı önəmli addımlar atmışdır

Diabet məktəbində şəkərli diabet xəstələri və risk qrupuna aid əhali üçün təlimlər keçirilir

Həkim-endokrinoloq tərəfindən aparılan təlimlər zamanı iştirakçılara şəkərli diabetlə bağlı biliklər aşılanır, maarifləndirici materiallar paylanır

Könüllü qanvermə aksiyaları davam edir

Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır

Tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmanın ümumi qaydalarına həsr olunmuş geniş toplantı keçirilmişdir

Öz çıxışında xarici mütəxəssislərin ölkəmizdə tibbi fəaliyyətlə məşğul olmaq istəyini, əhaliyə səviyyəli tibbi xidmət göstərmələrini təqdirəlayiq adlandıran E. Ağayev bildirmişdir ki, bütün bu proseslər ölkə qanunları çərçivəsində tənzimlənməlidir

Prezident İlham Əliyev Saatlı Mərkəzi Rayon Xəstəxanasında görülən işlərlə tanış olmuşdur

Səhiyyə ocağı ilə tanışlıqdan sonra Prezident İlham Əliyev xəstəxananın kollektivi ilə görüşmüşdür və onları belə bir xəstəxananın istifadəyə verilməsi münasibəti ilə təbrik etmişdir

Həkimlərin təkmilləşdirilmə kursları davam edir

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda təşkil edilmiş kurslara respublika üzrə dövlət xəstəxanalarında çalışan mütəxəssislər cəlb edilib

Gigiyenik normalara cavab verməyən müəssisə sahibkarları cərimələnib

Sentyabr ayı ərzində əhali arasında 101 qida zəhərlənməsi hadisəsi baş vermiş, 121 nəfər zərərçəkən olmuşdur. O cümlədən 4 botulizm hadisəsi baş vermiş, 5 nəfər zərərçəkən olmuşdur

Prezident İlham Əliyev İmişli Rayon Mərkəzi Xəstəxanasında aparılan əsaslı təmir işləri ilə tanış olmuşdur

Əsaslı təmir işləri ilə tanışlıqdan sonra Prezident İlham Əliyev tibb müəssisəsinin kollektivi ilə görüşmüşdür

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->