Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

ÜST-ün təşkilatçılığı ilə Omanda qlobal görüş keçirilib (FOTO)

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşlarından ibarət nümayəndə heyəti Oman Sultanlığında keçirilən qlobal görüşdə iştirak ediblər.

“Uşaqlarda boy problemləri” mövzusunda konfrans keçirildi (FOTO)

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018-2020-ci illər üçün Tədbirlər Planı”na əsasən, sağlamlıq imkanları məhdud olan uşaqların erkən aşkarlanması sahəsində profilaktik tədbirlərin görülməsi məqsədi ilə 12 dekabr 2019-cu il tarixdə “Uşaqlarda boy problemləri” mövzusunda konfrans təşkil olundu. 

Bu gün Ulu Öndər Heydər Əliyevin anım günüdür (FOTO)

Bu gün Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış Ulu Öndər Heydər Əliyevin anım günüdür.

Əhali arasında antibiotiklərlə bağlı geniş maarifləndirmə işləri görüldü (FOTO)

Antibiotikə qarşı davamlılığın güclənməsi qlobal sağlamlığın üzləşdiyi əsas təhlükələrdən biri hesab edilir. 

“İnsan anatomiyası və tibbi terminologiya” kafedrasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib (FOTO, VİDEO)

Azərbaycan Tibb Universitetində (ATU) “İnsan anatomiyası və tibbi terminologiya” kafedrasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

ATU-da Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib (FOTO)

Azərbaycan Tibb Universitetində (ATU) Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. 

Vaxtından əvvəl və bağırsağı çöldə doğulan körpəni ATU həkimləri sağaltdı (FOTO)

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında daha bir ağırlaşmış hamiləlik anamnezindən doğulmuş körpənin müalicəsi uğurla nəticələnib.

Pediatriya üzrə simpozium keçirilib (FOTO)

Tədris Terapevtik Klinikada Azərbaycan Tibb Universitetinin və “Uşaqların Sağlam Gələcəyi” ictimai birliyinin təşəbbüsü ilə Pediatriya üzrə simpozium keçirilib.

“Səhiyyədə elektron formaların təkmilləşdirilməsi” mövzusunda seminar keçirildi (FOTO)

6 dekabr 2019-cu il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Qazaxıstandan gələn ekspertin iştirakı ilə “Səhiyyədə elektron formaların təkmilləşdirilməsi” mövzusunda seminar keçirildi.

Dənizkənarı Milli Parkda “Hərəkətdə ol!” sağlamlıq yürüşü keçirildi (FOTO, VİDEO)

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Tibb Universiteti və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə əməkdaşlığı ilə 6 dekabr 2019-cu il tarixdə Dənizkənarı Milli Parkda “Hərəkətdə ol!” sağlamlıq yürüşü keçirildi.

Səhiyyə naziri Oqtay Şirəliyev Neftçalada vətəndaşları qəbul edib (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir. 

İlkin səhiyyə xidmətləri üzrə təqdimat layihəsinin bir hissəsi olaraq rayon mərkəzi xəstəxanalarında təlimlər keçirilir (FOTO)

İlkin səhiyyə xidmətləri üzrə təqdimat layihəsinin bir hissəsi olaraq, Səhiyyə Nazirliyi tərəfindən təyin olunmuş 10 rayon mərkəzi xəstəxanasının doğum şöbəsində və perinatal mərkəzlərində təlimlər keçirilir.

Spirtli içkilərə dair sübutlara əsaslanan nəzarət siyasətinin həyata keçirilməsinin təkmilləşdirməsi məsələləri üzrə seminar keçirildi (FOTO)

Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun təşkilatçılığı ilə 4-5 dekabr 2019-cu il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində spirtli içkilərə dair sübutlara əsaslanan nəzarət siyasətinin həyata keçirilməsinin təkmilləşdirməsi məsələləri üzrə seminar keçirildi.

Analitik Ekspertiza Mərkəzinin əməkdaşları gömrük əməkdaşları üçün təşkil olunmuş təlimdə (FOTO)

Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan dərman vasitələrinin, eləcə də xidməti və mülki silahların gömrük sərhəd buraxılış məntəqələrindən keçirilməsi" mövzusunda gömrük əməkdaşları üçün təlim keçirilib.

Rezidentura təhsilini bitirən həkim-mütəxəssislərin təyinatı barədə: Elan

2019-cu ilin oktyabr və noyabr aylarında aparılan yekun attestasiyadan müvəffəqiyyətlə keçərək rezidentura təhsilini bitirən həkim-mütəxəssislərin təyinatı barədə: Elan

Tibb işçiləri üçün qeyri-infeksion xəstəliklərin idarəolunması mövzusunda təlimlər yekunlaşıb (FOTO)

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhərində və Siyəzən rayonunda fəaliyyət göstərən tibbi müəssisələrinin 65 həkim və orta tibb heyəti üçün təlimlər bu gün başa çatıb.

Səhiyyə naziri Oqtay Şirəliyev Neftçalada vətəndaşları qəbul edəcək

6 dekabr 2019-cu il tarixində saat 11:00-da, Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev Neftçala Mərkəzi Rayon Xəstəxanasında Neftçala rayon sakinlərini, nazir müavini Elsevər Ağayev Hacıqabul Mərkəzi Rayon Xəstəxanasında Hacıqabul və Şirvan sakinlərini, nazir müavini Rahim Əliyev Salyan Mərkəzi Rayon Xəstəxanasında Salyan rayon sakinlərini qəbul edəcək.

Bakıda unikal əməliyyat: 40 yaşlı təkböyrəkli kişiyə süni sidik kisəsi qoyulub

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsinə müraciət edən 40 yaşlı kişidə müayinələr nəticəsində nadir rast gəlinən patologiya – interstisial sistit aşkarlanıb. 

Cenevrədə vaksinlərin təhlükəsizliyi məsələləri müzakirə olunur

Bizi qrip, meningit və çiçəkdən tutmuş poliomielit, difteriya və qızılcayadək bir çox xəstəliklərdən peyvəndlər qoruyur. 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->