Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Respublika Diaqnostika Mərkəzinə Beynəlxalq Keyfiyyət sertifikatı tətbiq olunub

Azərbaycanda və regionda ilk dəfə, bu gün dünyada tibbi laboratoriyalar üzrə ən yüksək standartları tələb edən İSO 15189 standartını 100% tətbiq etməyə və müvafiq sertifikatı almağa nail olub

2013/2014-cü tədris ili üçün rezidenturaya qəbul olunanların sənədlərinin qəbulu davam edir

Rezidenturaya qəbul olmuş şəxslərin sənədlərinin qəbulu 21 sentyabr 2013-cü il tarixində də davam edəcək

Səhiyyə naziri Oqtay Şirəliyev Göygöldə vətəndaşları qəbul edəcək

Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək

Səhiyyə Nazirliyinin növbəti xidməti “Elektron hökumət” portalı vasitəsilə istifadəyə verildi

Portala giriş edərək nazirliyin bölməsinə daxil olub, sözügedən elektron xidməti seçdikdən sonra valideynin yeni doğulmuş övladı haqqında şəhadətnamə surətini əldə etməsi mümkündür

Bərdə və Tərtər MRX-da könüllü qanvermə aksiyaları keçirilmişdir

Aksiyalar zamanı Bərdə MRX-da 150 nəfər, Tərtər MRX-da isə 133 nəfər könüllü olaraq qan vermişdir

2013/2014-cü tədris ili üçün rezidenturaya qəbul olunanların diqqətinə!

Rezidenturaya qəbul olmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcəkdir

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən könüllü qanvermə aksiyaları davam edir

Aksiyalar zamanı tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır

Həkimlər üçün növbəti vakant yerlər elan olunur

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin tabeçiliyində olan səhiyyə müəssisələrinə həkimlər üçün növbəti vakant yerlər elan olunur

Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının açılışı olmuşdur

Prezident İlham Əliyevin Sərəncamı əsasında Azərbaycan Tibb Universitetinin 500 çarpayılıq Tədris-Cərrahiyyə Klinikasının müasir səviyyədə inşası dövlətimizin bu nüfuzlu ali təhsil ocağının inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə diqqət və qayğısının əyani göstəricisidir

Bakıda Avrasiya cərrah və qastroenteroloqlarının XIII Beynəlxalq konqresi keçirilir

Səhiyyə nazirinin müavini Elsevər Ağayev qeyd etdi ki, Avrasiya Cərrahiyyə və Qastroenterologiya Cəmiyyəti 1996-cı ildə təsis olunub və onun ilk konqresi də Ümummilli lider Heydər Əliyevin dəstəyi ilə Bakıda baş tutub

XIII Beynəlxalq Avrasiya Cərrahiyə və Qastroenterologiya Konqresi öz işinə başlayır

Konqresdə Səhiyyə Nazirliyinin və ATU-nun səlahiyyətli şəxsləri, habelə 22 ölkədən dəvət olunmuş cərrahiyə və qastroenterologiya üzrə tanınmış mütəxəssisləri iştirak edəcəklər

Prezident İlham Əliyev Yevlax Şəhər Mərkəzi Xəstəxanasının açılışında iştirak etmişdir

Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verdi ki, inşasına 2012-ci ilin martında başlanan xəstəxananın ərazisi 4,3 hektar, tikinti sahəsi 18,6 min kvadratmetrdir. Buradakı 6 blokun üçü dördmərtəbəli, digər üç blok isə üçmərtəbəlidir

Səhiyyə Nazirliyində Yanğından mühafizə qaydalarına həsr edilmiş müşavirə keçirildi

Müşavirəni giriş sözü ilə acan səhiyyə nazirinin müavini Elsevər Ağayev belə bir tədbirin əhalinin tibb müəssisələrində təhlükəsizliyinin təminatı baxımından çox əhəmiyyətli olduğunu nəzərə çatdırdı 

Prezident İlham Əliyev Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında aparılan yenidənqurma işləri ilə tanış olmuşdur

Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına aparılan yenidənqurma işləri barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, xəstəxananın binası 1983-cü ildə inşa olunmuşdur

Ölkə başçısı Astara Rayon Mərkəzi Xəstəxanasında aparılan yenidənqurma işləri ilə tanış olmuşdur

Əsaslı yenidənqurma işlərinin aparılması, əlavə tibbi avadanlıq və inventarın alınması üçün Prezidentin ehtiyat fondundan 2 milyon manat vəsait ayrılıb

Prezident İlham Əliyev Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak etmişdir

Səhiyyə naziri Oqtay Şirəliyev xəstəxanada yaradılan şərait barədə Prezident İlham Əliyevə məlumat verərək bildirmişdir ki, xəstəxana ərazisində əsas binadan əlavə yoluxucu xəstəliklər üçün ikimərtəbəli infeksion şöbə tikilmişdir

Azərbaycanda səhiyyə sahəsinə dair yeni elektron xidmətlər istifadəyə verilib

"Elektron hökumət" portalına inteqrasiya olunan elektron xidmətlərin sayı sürətlə artır. Səhiyyə Nazirliyinin daha 5 elektron xidməti portala daxil edilib

Səhiyyə naziri Şəkidə vətəndaşları qəbul etmişdir

Qəbula gələn 22 nəfərin müraciət və istəkləri nazir tərəfindən dinlənilmiş və cavablandırılmış, bəzilərinə dair müəyyən tapşırıq və göstərişlər verilmişdir

Səhiyyə Nazirliyi növbəti elektron xidmətini təqdim edib

Səhiyyə Nazirliyi “Elektron hökumət” portalı (www.e-gov.az) vasitəsilə “Xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinin işə buraxılması üçün müraciətin və sənədlərin qəbulu” adlı elektron xidmətini təqdim edib

Ağcabədi Rayon Mərkəzi Xəstəxanası istifadəyə verilmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak etmişdir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..