Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.1, 230.1 və 230.2-ci maddələrinə əsasən müvafiq qərarlar qəbul edilmişdir.

12 avqust 2009

 

Xüsusi razılıq (lisenziya) olmadan tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmağa görə Səhiyyə Nazirliyinin, Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin və Vergilər Nazirliyinin əməkdaşları tərəfindən 2009-cu ilin 7 ayı ərzində tibb fəaliyyəti üzrə 86 fakt aşkar edilmiş, əczaçılıq fəaliyyəti ilə məşğul olmağa görə 2009-cu ilin 7 ayı ərzində 76 fakt aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirinin 03 may 2007-ci il tarixli “Reseptlərin yazılması və dərman vasitələrinin aptek müəssisələrindən buraxılması qaydaları haqqında” 46 nömrəli əmrinin tələblərini yerinə yetirməyən 37 aptek müəssisələrinə İnzibati Xətalar Məcəlləsinin 230.1-ci maddəsi ilə protokollar tərtib edilmişdir, bundan əlavə aptek təşkilatlarında dərman vasitələri və onların istehsalında istifadə olunan kimyəvi və başqa maddələr, tibb ləvazimatları, ətriyyat-kosmetika, şəxsi sanitariya-gigiyena malları istisna olmaqla, digər malların satılmasına görə 2 fakt aşkar edilmişdir. Həmin faktlar rəsmiləşdirilərək Səhiyyə Nazirliyinə göndərilmişdir və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.1-ci, 230.1-ci və 230.2-ci maddələrinə əsasən müvafiq qərarlar qəbul edilmişdir və cərimə sanksiyaları tətbiq edilmişdir.

 

Tibbi yardımın təşkili şöbəsi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013