Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı

Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı çərçivəsində bu xəstəlikdən əziyyət çəkən insanların hemodializ müalicəsi ilə təmin olunması problemi öz həllini tapdı.

Hər il respublikanın bölgələrində yeni mərkəzlər açılır. Hazırda respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 27, o cümlədən regionlarda 20 mərkəzdə 2000-dən artıq xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunur.

 

Fərəhləndirici haldır ki, M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında əsaslı təmir və yenidənqurma işlərindən sonra bu müəssisədə böyrəkköçürmə əməliyyatlarına başlanılmışdır. Artıq 14 belə əməliyyat icra edilmişdir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013