Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli 174 nömrəli qərarı ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə Şərtlər”də dəyişiklik edilməsi b

Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin Qərari

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabineti QƏRARA ALIR:

 

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli 174 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 11, maddə 676; 2004-cü il, № 2, maddə 115; 2005-ci il, № 9, maddə 860, № 12, maddə 1234; 2006-cı il, № 2, maddələr 204, 205, № 9, maddə 822, № 12, maddə 1159; 2007-ci il, № 8, maddələr 849, 857, № 10, maddə 1025; 2008-ci il, № 1, maddə 37; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 8 oktyabr tarixli 239 nömrəli qərarı) ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə Şərtlər”in 8.2-ci bəndi aşağıdakı redaksiyada verilsin:

 

“8.2. tibbi xidməti göstərən şəxslərin müvafiq ixtisasa malik olmalarını və bu ixtisas üzrə həkimlər üçün 5 ildən, orta tibb işçilər üçün 3 ildən az olmayaraq iş stajına malik olmalarını təsdiq edən sənədlərin surəti”.

 

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş Naziri A.Rasi-zadə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013