Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

"Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

"Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında" Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:

 

1. "Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında" Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsində nəzərdə tutulmuş yodlaşdırılmış duzun keyfiyyəti və təhlükəsizlik göstəricilərinin standartlar və tələblərə uyğunluğunu müəyyən etmək məqsədi ilə duzdan götürülmüş nümunələrin ekspertizasını aparan «müvafiq icra hakimiyyəti orqanı»nm səlahiyyətlərini yodlaşdırılmış duzun keyfiyyət göstəriciləri üzrə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi, yodlaşdırılmış duzun təhlükəsizlik göstəriciləri üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir.

 

2. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

 

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 27 sentyabr 2003-cü il

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013